Icma.az
close
up
RU
London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə balans yaratmaq istəyib Politoloq

London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə balans yaratmaq istəyib Politoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb? Böyük Britaniyanın Ermənistandakı səfiri Con Galleqerin aprelin 20-də Gorusa səfərində iki məqam diqqətçəkicidir. Birinci məqam odur ki, eyni gündə Fransanın Ermənistandakı səfiri Olivye Dekoti də Gorusda olub. Bu o səfirdir ki, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verir. Belə bir təəssürat yaranıb ki, Böyük Britaniya və Fransa səfirləri Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərə səfərlərini razılaşdırıblar. Böyük Britaniya səfirinin sərhədə yaxın əraziyə səfəriylə bağlı ikinci məqam isə Con Galleqerin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə görüşməsidir. Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilər yoxdur. Belə olan halda Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü hansı zəzurətdən yaranıb?".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, çıxışına daha sonra bunları əlavə edib:

"Böyük Britaniyanın səfiri müşahidə missiyasının üzvləri ilə görüşdə belə bir açıqlama verib: “Avropa İttifaqının monitorinq qrupu ilə çox faydalı görüş keçirdim. Onlar öz mandatlarını necə yerinə yetirdiklərini və sərhəd icmalarında etimadı necə yaratdıqlardan danışdılar. Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var”. Sonuncu cümlə də diqqətçəkicidir. Səfir “Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var” cümləsi ilə kimə işarə edib? Görəsən, səfirin fikrincə, kim və ya kimlər Sünikdəkilərin dinc şəraitdə yaşamasına və işləməsinə mane olur?

Səfirin Ermənistan-Azərbaycan sərhədini ziyarəti və Avropa İttifaqının müşahidə missiyasi ilə görüşü böyük ehtimalla Londonun təlimatıyla həyata keçirilib, sadəcə Böyük Britaniya Xarici İşlər Nazirliyinin belə bir qərarının məntiqini anlamaq çətindir. Xarici ölkə diplomatlarının Ermənistan-Azərbaycan sərhədinə səfərləri və orada müşahidə missiyası ilə görüşləri Azərbaycanda narazılıqla qarşılanır və bunu Bakı ilə tərəfdaşlıq münasibətləri olan London bilməmiş deyil. Çünki, Ermənistan tərəfdən sərhədimizə yaxın ərazilərə təşkil olunan səfərlər belə bir təəssürat yaradır ki, guya Azərbaycan Ermənistanın həmin ərazisinə təhlükə yaradır. Bu isə Azərbaycan əleyhinə siyasətin tərkib hissəsidir.

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri və hərbi attaşesi aprelin 18-də digər səfirlər və hərbi attaşelərlə birgə Xankəndi və Şuşada olublar. Görünür, London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə Azərbaycandakı diplomatlarının Xankəndinə və Şuşaya səfəri ilə “balans” yaratmaq istəyib. Ancaq Böyük Britaniyanın Ermənistandakı səfərinin proqramı daha geniş olub".

Vasif ƏLİHÜSEYN 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri