London klubu azarkeşlərinə xəbərdarlıq etdi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Vest Hem” azarkeşlərini təhqiredici və ayrı-seçkilik yaradan şüarlardan uzaq durmağa çağırıb.
QOL.az xəbər verir ki, "Reuters" nəşrinin məlumatına görə, buna səbəb komandanın “Bernli” ilə Çempionşipin ilk turunda 2:2 hesabı ilə başa çatan oyununda bəzi azarkeşlərin Fələstin əleyhinə şüarlar səsləndirməsi olub.
Klub bəyanatında konkret futbolçunun adı çəkilməsə də, sosial şəbəkələrdə yayılan görüntülərdə şüarların “Vest Hem”in israilli vingeri Manor Solomonla bağlı olduğu bildirilib.
London klubu yeni mövsümdə ilk ev oyunundan əvvəl azarkeşlərinə müraciət edərək hər kəsin ayrı-seçkilik və təhqir olmadan futbol izləmək hüququna malik olduğunu vurğulayıb.
“Azarkeşlərimizi klub və futbolçularımız haqqında qürurla şüarlar oxumağa çağırırıq. Lakin bu, heç vaxt digər azarkeşlər arasında ayrı-seçkilik yaratmamalı və kimisə təhqir etməməlidir”, - deyə klubun açıqlamasında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Avqust 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















