London Ukraynaya yardımlarını davam etdirəcək
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Londonda səfərdədir. O, Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb. Tərəflər təhlükəsizlik məsələlərinə və Kiyevə hərbi yardımın davam etdirilməsinə diqqət yetirdilər.
Məlumatı “Anadolu” verib.
Britaniya hökumətinin rəsmi veb saytının məlumatına görə, danışıqlar zamanı tərəflər Rusiyanın Ukraynadakı mülki hədəflərə və enerji infrastrukturuna zərbələrini, eləcə də müttəfiqlərin dəstəyini artırmaq imkanlarını müzakirə ediblər.
Börnham Böyük Britaniyanın Ukraynaya yardım göstərməyə davam edəcəyini, həmçinin Londonun hava təhdidləri ilə mübarizə aparmaq üçün hazırlanmış yüngül çoxməqsədli raketlər də daxil olmaqla, hava hücumundan müdafiə avadanlıqlarının çatdırılmasını sürətləndirmək niyyətində olduğunu bildirib.
Tərəflər qış dövrünə qədər müdafiə silahlarının tədarükünün sürətləndirilməsi imkanlarını müzakirə ediblər. Börnhem Böyük Britaniyanın Ukraynanı lazımi qoruyucu avadanlıqlarla təmin etmək üçün diplomatik səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Oktyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















