Icma.az
close
up
RU
Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert keçirilib

Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Londonda Britaniya Azərbaycanlıları Assosiasiyası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə çıxış edən assosiasiyanın sədri Hafiz Baxşəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyimizin rəmzi olduğunu qeyd edib. O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların birliyi, bir-birinə dəstəyi və milli dəyərlərə bağlılığı Azərbaycanın güclənməsində mühüm rol oynayır. H.Baxşəliyev vurğulayıb ki, diaspor təşkilatlarının əsas məqsədi azərbaycanlıları bir araya gətirmək, milli kimliyi qorumaq və gələcək nəsillərə ötürməkdir.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov isə qeyd edib ki, bu gün Azərbaycan regionda və beynəlxalq arenada sürətlə güclənən, nüfuzu artan bir dövlətdir. O vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə edib. E.Süleymanov əlavə edib ki, Azərbaycan mədəniyyətinin inkişafı və onun xaricdə layiqincə təqdim olunması ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır və bu baxımdan diaspor təşkilatlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə istedadlı musiqiçi, 2018-ci il Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi Aisel (Aysel Məmmədova) konsert proqramı ilə çıxış edib. Sənətçi milli musiqilərimizlə yanaşı, müasir pop janrında ifa etdiyi mahnılarla tədbirə xüsusi rəng qatıb.

Aiselin yüksək peşəkarlıqla təqdim etdiyi səhnə performansı və canlı ifaları diaspor nümayəndələri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Onun repertuarı həm milli-mədəni dəyərlərimizin təbliği, həm də müasir Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təqdimatını özündə əks etdirib (AZƏRTAC).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri