Londonda Fələstinə dəstəkləyə görə saxlanıldılar
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Londonun mərkəzində Fələstin tərəfdarı olan “Palestine Action”u dəstəkləmək üçün təşkil olunan nümayişdə 90-dan çox insan saxlanılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları qadağan olunmuş təşkilatı dəstəklədiklərini bildirdikləri üçün 92 nəfəri həbs ediblər. Həbs olunanların yaşı 27 ilə 82 arasında olub. Polis əməkdaşları həbsləri davam etdirir və bir qrup etirazçının hazırda Trafalqar Meydanında olduğu bildirilir.
Qeyd edək ki, bu, İngiltərə və Uels Ali Məhkəməsinin 13 fevralda “Palestine Action”un qadağan edilməsinin qanunsuz olduğu barədə qərarından bəri ilk etirazdır. Böyük Britaniya hökuməti qərardan apelyasiya şikayəti verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 11 Aprel 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















