Icma.az
close
up
RU
Londonda keçirilən aksiya zamanı saxlanılanların sayı 890 a çatıb

Londonda keçirilən aksiya zamanı saxlanılanların sayı 890 a çatıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 7 sentyabr, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində sentyabrın 6-da “Palestine Action” qrupunun qadağan edilməsinə qarşı təşkil olunan etiraz aksiyasında saxlanılanların sayı 890 nəfərə yüksəlib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Metropoliten Polisi məlumat yayıb.

Polisin açıqlamasına görə, 857 nəfər terrorçuluq haqqında qanuna əsasən qadağan olunmuş “Palestine Action” təşkilatını dəstəklədiklərinə görə, 33 nəfər isə digər səbəblərə, o cümlədən 17 nəfər polisə hücum ittihamı ilə saxlanılıb.

Təşkilatçılar isə polisin zorakılıq barədə yalan iddialar irəli sürdüyünü açıqlayıblar.

Qeyd edək ki, Britaniya hökuməti “Palestine Action” təşkilatını iyul ayında antiterror qanunvericiliyi çərçivəsində qadağan edib. Bu qrupa üzv olmaq və ya ona dəstək göstərmək cinayət hesab edilir və 14 ilədək həbs cəzası nəzərdə tutulur. Adıçəkilən təşkilatla bağlı qadağa qərarı üzvlərinin bu ilin əvvəlində RAF hərbi bazasına daxil olaraq iki hərbi təyyarəyə ziyan vurmasından sonra qəbul olunub.

Sentyabrın 6-da Vestminsterdə, Parlament meydanında keçirilən etiraz aksiyasına təxminən 1500 nəfər qatılıb.

Qeyd edək ki, əvvəl sentyabrın 6-da saxlanılanların sayının 425 nəfər olduğu bildirilmişdi.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri