Londonda PKK tərəfdarları ilə polis arasında qarşıdurma baş verib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyada terror təşkilatı PKK-ya qarşı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanılmasından sonra ikinci dəfə etiraz aksiyası təşkil edən terror təşkilatı tərəfdarları yenidən polislə toqquşub.
APA xəbər verir ki, Londonda "Turnpike Lane" qatar stansiyasının çıxışında toplaşan PKK tərəfdarları daha sonra polisin axtarış apardığı Haringeydə icma mərkəzi adı altında istifadə etdikləri dərnəyə doğru yürüş ediblər.
Yürüş zamanı Türkiyə və Britaniya əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları dərnək yaxınlığında barrikada qurmaq istəyən polislə toqquşublar.
PKK tərəfdarları polis əməkdaşlarına su şüşələri ataraq hücum etməyə cəhd etdikdən sonra qruplaşma ilə polis arasında dava düşüb.
Hadisə zamanı 4 nəfər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 29 Noyabr 2024 06:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















