Londonda Starmer əleyhinə etiraz aksiyasında 11 nəfər saxlanılıb
Icma.az, Bizim media saytına istinadən bildirir.
Böyük Britaniyada polis mayın 16-da Londonda keçirilən etiraz aksiyaları zamanı 11 nümayişçini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi “Skotlend-Yard”ın məlumatına istinadən xəbər verir.
Nəşrdə bildirilir ki, saat 13:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, müxtəlif qayda pozuntularına görə 11 nəfər saxlanılıb.
Mayın 16-da Londonda eyni vaxtda iki etiraz aksiyası keçirilir. Hökumətə və Baş nazir Kir Starmerə qarşı çıxan minlərlə britaniyalı "Krallığı birləşdir" şüarı altında vətənpərvərlik yürüşünə qatılıb.
Digər etiraz aksiyasına isə Fələstini dəstəkləyən vətəndaşlar toplanıb. Hər iki yürüş üçün ayrıca marşrutlar müəyyən edilib və onların kəsişməsinə icazə verilmir.
Hazırda "Krallığı birləşdir" aksiyasının iştirakçıları Starmerin iqamətgahı qarşısında mitinq təşkil ediblər.
Bundan əvvəl Leyboristlər Partiyasını təmsil edən İcmalar Palatasının 60 deputatı açıq şəkildə Starmeri istefaya çağırıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 16 May 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















