Icma.az
close
up
RU
Loqopedik diaqnostika ödənişsizdir Pozitiv Psixologiya Mərkəzində “Açıq qapı günü” keçirilir FOTO

Loqopedik diaqnostika ödənişsizdir Pozitiv Psixologiya Mərkəzində “Açıq qapı günü” keçirilir FOTO

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Hər bir valideyn övladının sağlam və düzgün inkişafı üçün çalışır. Sözsüz ki, bu inkişafda nitqin də öz yeri var. Səlis danışıq, aydın və qüsursuz tələffüz uşağın ünsiyyəti üçün olduqca vacib amildir. Amma təəssüflər olsun ki, texnologiyanın inkişaf etdiyi dövrdə günümüzün ən aktual problemi uşaqlarda olan nitq inkişafının ləngiməsidir. Bəs çıxış yolu? Əlbəttə var.

Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, Beynəlxalq sertifikatlı psixoloq Fidan Məmmədzadə problemdən çıxış yollarını göstərir:

“ Bu gün daha çox uşaqlarda “dislaliya”əlamətlərinə rast gəlinir. Bu söz yunancadan tərcümədə “nitq səslərinin tələffüz pozuntusu” deməkdir. Dislaliya zamanı uşaqlar hər hansısa bir səsi düzgün tələffüz edə bilmir, onu başqa bir səslə, məsələn: “r”-nı “y” ilə, “s”-nı “ş” ilə əvəz edirlər. Belə uşaqlar fikirlərini tam ifadə edə bilmir, özlərinə qapanırlar ki, bu da aqressiyaya aparıb çıxarır.

Uşaqlarda müşahidə edilən digər problem isə nitq inkişafının ləngiməsidir. Bəzən valideynlər bunun fərqinə varmırlar. Amma deyim ki, 1yaşlı uşaq 10-12, 2-3 yaşlı uşaq 200-300 söz, 3-4 yaşlı uşaqda 800-1000, 4-5 yaşlı uşaqda isə 2000-2500 söz olmalıdır. Əgər bu inkişaf vaxtında korreksiya edilməsə, uşaq öz yaşıdlarından istər akademik bacarıqlarda, istərsə də gündəlik həyat fəaliyyətində geri qalacaqdır. Əgər valideynlər övladlarında bu kimi halları müşahidə edirlərsə, Pozitiv Psixologiya Mərkəzinin mütəxəssislərinə müraciət etsinlər. Çünki müasir texnoloji avadanlıqlara təchiz olunan mərkəzimizdə bu kimi problemləri yüksək səviyyədə aradan qaldıran analoqu olmayan FORBRAIN cihazı var. Bu, kənardan gələn səslərin sümükkeçiriciliyi vasitəsilə daha yaxşı qəbulunu idarə edən cihazdır. Aparat öz səsini, hecaları, nitq səslərini mənimsəməkdə olduqca effektivdir. O, beyinə ötürülən səslərin stimulyasiyasını təmin edir. 2 yaşdan yuxarı uşaqlara tətbiq edilir. Cihazın dinamik filtir hissəsi müəyyən səsi dəyişir, beyinə müsbət təsir göstərir və nitq yaddaşı sürətlə inkişaf edir. Səs 10 dəfə daha sürətlə və aydın eşidilir. Seanslarda aparatla müalicə pulsuzdur.

Yeri gəlmişkən qeyd edim ki, Pozitiv Psixologiya Mərkəzi son günlər valideynlərin müraciətlərini nəzərə alaraq onların yararlana biləcəyi çox səmərəli bir kampaniya keçirtməyə qərar verib. Artıq fevral ayının 3-dən başlayan “Açıq qapı günü” ayın 10-na qədər davam edəcək.

Övladında loqopedik baxımdan hər hansısa bir problem müşahidə edən hər kəs müraciət edə bilər. 7 gün ərzində keçiriləcək kampaniyada diaqnostika ödənişsizdir. Unutmayaq ki, vaxtında müdaxilə sabahkı böyük bir problemin qarşısını alır.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Fevral 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri