Los Ancelesdə ICE əleyhinə etirazlar zamanı onlarla .şəxs saxlanılıb
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qurumunun qeyri-qanuni miqrantlara qarşı həyata keçirdiyi tədbirlərə etiraz edən onlarla şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, Los-Anceles Polis Departamentinin məlumatına görə, şəhər mərkəzində keçirilən etiraz aksiyalarının ikinci gecəsində təxminən 50 nəfər nəzarətə götürülüb. Saxlanılan şəxslərin polisə müqavimət, vandalizm və təhlükəli əməllərdə iştirak etdikləri iddia olunur.
Sosial şəbəkələrdə yayılan görüntülərdə etirazçılarla polis arasında gərginliyin artdığı, hüquq-mühafizə orqanlarının isə dəyənək və gözyaşardıcı vasitələrdən istifadə etdiyi əks olunub.
İki gündür davam edən aksiyalar zamanı etirazçılar ICE əməkdaşlarının şəhəri tərk etməsini və ölkə üzrə miqrantlara qarşı sərt saxlanma siyasətinin yumşaldılmasını tələb edirlər.
Qeyd edək ki, son həftələrdə Minnesota ştatında ICE əməliyyatları zamanı baş verən ölüm hadisələri də ölkə üzrə etirazlara səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Fevral 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















