Rusiya və İranın təxribatçı siyasətinə yol verilməməlidir Politoloq
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Demokratiya universal dəyər kimi təqdim edilsə də, onun bütün cəmiyyətlər üçün eyni model üzrə və eyni sürətlə işləməsi real deyil. Siyasi institutların effektivliyi təkcə hüquqi mexanizmlərlə deyil, eyni zamanda tarixi təcrübə, ictimai şüur, regional təhlükəsizlik mühiti və milli mentalitetlə şərtlənir. Bu amillər nəzərə alınmadıqda demokratiya inkişaf alətindən çox, qeyri-sabitlik mənbəyinə çevrilə bilər. Xüsusilə geosiyasi təzyiqlərin intensiv olduğu regionlarda demokratik modellərin yerli reallıqlara uyğunlaşdırılmaması dövlətçiliyin zəifləməsi və xarici təsirin güclənməsi ilə nəticələnir.
Bu kontekstdə politoloq Məhəmməd Əsədullazadə Moderator.az-a açıqlamasında məsələyə diqqətçəkərkən bildirib.
Politoloqun fikrincə, demokratiyanın tətbiqi zamanı regionların və xalqların spesifik xüsusiyyətləri mütləq nəzərə alınmalıdır:
“Demokratik prinsiplər regional reallıqlar, tarixi təcrübə və cəmiyyətin siyasi mədəniyyəti əsasında tətbiq edildikdə daha səmərəli nəticə verir. Əks halda, bu prinsiplərin mexaniki şəkildə ixracı ciddi problemlərə, hətta xalqların daha ağır vəziyyətlə üzləşməsinə gətirib çıxarır. "Ərəb baharı" prosesi bunun açıq nümunəsidir. Bu etiraz dalğası heç bir ərəb ölkəsində dayanıqlı demokratiya formalaşdıra bilmədi. Deməli, ölkənin coğrafi mövqeyi və ictimai mentaliteti əsas faktor kimi nəzərə alınmalıdır”.
Əsədullazadə Cənubi Qafqaz kontekstində Gürcüstan nümunəsini xüsusilə vurğulayır. Onun sözlərinə görə, Mixail Saakaşvilinin əsas səhvi hakimiyyəti “demokratiya” prinsipi adı altında Rusiyaya bağlı oliqarx Bidzina İvanişviliyə təhvil verməsi olub:
“Saakaşvili demokratik ənənələrə uyğun olaraq hakimiyyəti dinc yolla ötürdü və bunun ölkənin inkişafına töhfə verəcəyini düşündü. Lakin proseslər tam əks istiqamətdə inkişaf etdi. Gürcü cəmiyyəti demokratik ənənələri hələ tam mənimsəməmişdi, üstəlik Rusiya Gürcüstanda demokratik proseslərin dərinləşməsini qəbul etmirdi.
Nəticədə bu gün Saakaşvili hakimiyyəti demokratik yolla təhvil verdiyi “Gürcü Arzusu” partiyası tərəfindən həbs edilib. Gürcüstan isə demokratik dəyərlərdən uzaqlaşaraq Qərblə münasibətləri ciddi şəkildə zəiflədib".
Politoloq bildirir ki, hazırda Gürcüstan Rusiya ilə münasibətləri genişləndirir, ölkə limanları Rusiyanın kölgə donanmasına xidmət edir, iqtisadi əlaqələr intensivləşir:
"Paralel olaraq vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyəti hökumət tərəfindən getdikcə daha çox məhdudlaşdırılır.
Ermənistan nümunəsində də oxşar risklərin mövcud olduğunu görürük.
Əgər Nikol Paşinyan seçkilərdə uduzarsa və demokratik ənənələrdən uzaq olan erməni cəmiyyəti Robert Köçəryan və ya Rusiyaya bağlı digər fiqurlara səs verərsə, Paşinyanın hakimiyyəti "azad seçki" adı ilə təhvil verməsi ölkənin müstəqilliyini itirərək Rusiyanın forpostuna çevrilməsi ilə nəticələnə bilər. Region xalqları demokratik prosesləri hələ sistemli şəkildə mənimsəməyib".
Politoloqun sözlərinə görə, Paşinyan bu baxımdan Saakaşvilinin səhvini təkrarlamayıb:
"Rusiyanın göndərdiyi Samvel Karapetyanı həbs etməklə onun siyasi fəaliyyətinin qarşısını alıb. Saakaşvili də vaxtında Rusiyaya bağlı oliqarx Bidzina İvanişvilinin fəaliyyətinə imkan verməsəydi, Gürcüstanda demokratik institutların formalaşması daha real ola bilərdi.
Cənubi Qafqaz üçün demokratiya idarəolunan və təhlükəsizlik amillərini nəzərə alan model əsasında qurulmalıdır. Rusiya və İranın regiondakı destruktiv siyasi fəaliyyətinə yol verilməməli, demokratik institutlar xarici təsirdən qorunmalıdır".
Pərvin Şakirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 02 Fevral 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















