Icma.az
close
up
RU
Los Ancelesdə Trampa qarşı iğtişaşlar: Milli Qvardiya işə qarşıdı (VİDEO)

Los Ancelesdə Trampa qarşı iğtişaşlar: Milli Qvardiya işə qarşıdı (VİDEO)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Los-Ancelesdə artıq üçüncü gündür ki, ABŞ prezidenti Donald Trampın immiqrasiya nəzarəti siyasətinə qarşı genişmiqyaslı və sərt etiraz aksiyaları davam edir. Şəhərin küçələrində Kaliforniya Milli Qvardiyasının hərbi qüvvələri yerləşdirilib.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, Milli Qvardiya federal hökumət binalarını qorumaqla məşğuldur, polis isə mitinqləri dağıtmağa çalışır. Şəhər küçələrində çəkilmiş videolarda nümayişçilərin polisə beton parçaları və butulkalar atdığı görünür. Təxminən 40 nəfərin saxlanıldığı bildirilir.

Kaliforniya qubernatoru Gevin Nyusom Tramp administrasiyasından Milli Qvardiyanın Los-Anceles dairəsində yerləşdirilməsi əmrinin geri götürülməsini tələb edib və bunu qanunsuz adlandırıb.

MSNBC telekanalına müsahibəsində Nyusom bildirib ki, bu yerləşdirməyə görə Tramp administrasiyasını məhkəməyə verməyi planlaşdırır. O, Trampı etirazların yaranması üçün şərait yaratmaqda və Kaliforniya ştatının suverenliyini pozmaqda ittiham edib: "Bu, prezidentin deyil, bir diktatorun edə biləcəyi hərəkətləridir”, – deyə Nyusom sosial şəbəkə X-də yazıb.

Öz növbəsində Tramp bazar günü sosial şəbəkədə etirazçıları "zorakılığa meyilli üsyankar kütlələr” adlandırıb və məmurlarına "iğtişaşların” qarşısını almaq üçün "bütün zəruri tədbirləri görmək” tapşırığını verdiyini bildirib.

"Əgər ölkəmiz və vətəndaşlarımız üçün təhlükə yaranarsa, bu, qanun və nizam baxımından çox sərt olacaq”, deyə Tramp qeyd edib.

Eyni zamanda, "Reuters” bildirir ki, Tramp hələlik ABŞ Ordusunun vətəndaş iğtişaşlarını yatırmaq üçün cəlb olunmasına imkan verən Üsyan Aktını tətbiq etməyib. Bazar günü jurnalistlərin bununla bağlı sualına Tramp belə cavab verib: "Bu, üsyanın olub-olmayacağından asılı olacaq”.

Müdafiə naziri Pit Heqset bəyan edib ki, Pentaqon zorakılıq davam edəcəyi təqdirdə hərbi qüvvələri səfərbər etməyə hazırdır. Onun sözlərinə görə, yaxınlıqdakı Kemp-Pendlton bazasında yerləşən dəniz piyadaları "artırılmış döyüş hazırlığı vəziyyətindədir”.

Tramp qeyri-qanuni yollarla ölkədə olan rekord sayda insanı deportasiya edəcəyinə və ABŞ-Meksika sərhədini bağlayacağına söz verib. Onun göstərişinə əsasən, İmmiqrasiya Xidməti gündə azı 3000 miqrantı həbs etməlidir. Siyahıyaalma məlumatlarına əsasən, demokratların nəzarətində olan Los-Ancelesdə əhalinin böyük hissəsini ispan dilli və xarici mənşəli insanlar təşkil edir.

Qeyd edək ki, daha əvvəl Tramp Milli Qvardiyanın Los-Ancelesdə asayişi bərpa etmək üçün cəlb olunması barədə göstəriş vermişdi. Ağ Evin bəyanatına görə, azı 2000 Milli Qvardiya əsgəri "60 gün müddətinə və ya Müdafiə Nazirinin qərarı ilə” yerləşdiriləcək.

Sonradan Tramp Milli Qvardiya qüvvələrini tərifləyib və etirazçılara maska taxmağı qadağan edəcəyini də bəyan edib.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri