Icma.az
close
up
RU
LosAncelesdə meşə yanğınlarının vurduğu zərər 50 milyard dollar hesablanıb YENİLƏNİB AZƏRTAC

LosAncelesdə meşə yanğınlarının vurduğu zərər 50 milyard dollar hesablanıb YENİLƏNİB AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 10 yanvar, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles vilayətində meşə yanğınları nəticəsində iqtisadi itkilər son 24 saat ərzində iki dəfədən çox artıb və hazırda 50 milyard dollara yaxındır.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın “JPMorgan Chase” maliyyə təşkilatının hesablamalarında deyilir.

Bildirilir ki, sığortalanmış zərər 20 milyard dolları keçə bilər və bunun sığorta sənayesinə təsirini yanğınlar tam söndürüləndən sonra hesablamaq mümkün olacaq. Ehtimal olunur ki, bu hadisə sığorta sənayesinə 2018-ci ildə Şimali Kaliforniyanın Byutt vilayətində baş vermiş yanğından iki dəfə çox zərər vuracaq. Həmin vaxt dəymiş ziyan 10 milyard dollar olub.

Hesabata əsasən risk altında olan ev və binaların sayı 15 minə yaxındır. “Associated Press”in hesablamalarına görə, artıq dağılmış binaların sayı təxminən 2000-dir.

21:27

Los-Ancelesdə daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə vilayət rəhbərliyi məlumat verib. Bildirilib ki, daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib.

Şəhərin yanğınsöndürmə rəisi Kristin Krouli bildirib ki, yanğın Los-Anceles tarixindəki ən qorxunc fəlakətlərdən biridir. Hazırda 180 min insan hələ də təxliyə əmri altındadır.

Yanğın 70 kvadratkilometrdən çox ərazini əhatə edib. Kristin Krouli əlavə edib ki, bölgədə küləyin zəifləməsinə baxmayaraq, qırmızı bayraq xəbərdarlığı (“red flag warning”) davam edir.

Milli Hava Xidməti xəbərdarlığın Los-Anceles və Ventura vilayətlərində cümə gününə qədər qüvvədə qalacağını proqnozlaşdırır. Malibuda 15 mindən çox insana qazın və isti suyun verilişi dayandırılıb. Yanğınlara görə, bölgədə qarət və soyğunçuluq edən 20 nəfər həbs edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri