Lu Mey: Çin Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsini dəstəkləyir
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"İki ölkə arasında nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıqda mühüm irəliləyişlər əldə edilib. Cari ilin yanvar-noyabr aylarında Çindən Azərbaycana 351 Trans-Xəzər yük qatarı göndərilib ki, bu da ötən illə müqayisədə 34 faiz çoxdur".
Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, Çin mənşəli məhsullar Orta Dəhliz üçün ən böyük yük mənbəyinə çevrilib, onun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırıb:
"Çindən yola salınan qatarlar Orta Dəhliz boyunca parlaq bir mənzərə formalaşdırıb. Çin "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanla yüksəksəviyyəli əməkdaşlığı davam etdirəcək və yük resursları, texnologiya və kapital sahəsində üstünlüklərindən istifadə edərək Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsini dəstəkləyir".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















