Lufthansa təyyarəsi Fransada təcili eniş etdi Göyərtədə 204 nəfər olub
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus Frankfurt-Mayn şəhərindən Lissabona uçan təyyarə göyərtəsində xarici akkumulyatorun ("powerbank") alışması səbəbindən Fransanın Lion şəhərində məcburi eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "RTL" telekanalı aviaşirkətin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Aviaşirkətin məlumatına görə, hadisə ötən axşam baş verib. "Powerbank" sərnişin oturacaqlarından birinin yaxınlığında alışıb. Ekipaj üzvləri cihazı xüsusi yanğınsöndürmə çantasına yerləşdirərək təhlükəni operativ şəkildə aradan qaldırıblar.
"Təhlükəsizlik baxımından pilotlar Lionda məcburi eniş etmək qərarına gəlib və eniş üçün prioritet hüquq əldə etmək məqsədilə fövqəladə siqnal elan ediblər", - deyə aviaşirkətdən bildirilib.
Lion hava limanında fövqəladə eniş yerli vaxtla saat 21:55-də təyyarənin İsveçrə ərazisi üzərində hündürlük itirməyə başlamasından sonra qeydə alınıb. Təyyarə Frankfurtdan saat 20:47-də havaya qalxıb. Təyyarənin göyərtəsində 198 sərnişin və 6 ekipaj üzvü olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Sentyabr 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















