Luis Enrike daha 2 il PSJ də
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
PSJ baş məşqçi Luis Enrike ilə müqavilə müddətini artırıb.
İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssislə yeni əməkdaşlıq 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
54 yaşlı çalışdırıcı Paris klubuna 2023-cü ilin iyulundan başçılıq edir. Enrike açıqlamasında bu əməkdaşlıqdan məmnun olduğunu və uğurlar qazanmaq üçün hər cür şəraitə malik olduqlarını bildirib.
Qeyd edək ki, PSJ Enrikenin rəhbərliyi ilə ötən mövsümdə Fransa çempionu olub və ölkə kubokunu qazanıb. Komanda 2 dəfə də Fransa Superkubokunun qalibi olub.
İdman.biz
Baxış sayı:162
Bu xəbər 08 Fevral 2025 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















