Lük Pone: Muğam unikal musiqidir AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Brüssel, 18 dekabr, AZƏRTAC
Füsunkar Azərbaycan musiqisi bu gün Belçikadadır. Bu qədim musiqi unikaldir. Bu gün Azərbaycan muğamının Belçikada olması təsadüfi deyil. Belçikada barok musiqisi yenidən canlandırılıb. Bu gün Belçikada möhtəşəm muğamı dinlədik. Möhtəşəm, original konsert oldu və çox məmnunuq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan musiqi alətlərinin Brüssel “Kral İncəsənət və Tarix Muzeyi”nə təqdim edilməsi mərasimində Belçikada "Baroque and More" musiqi təşkilatının bədii direktoru Lük Pone deyib.
O bildirib ki, hər bir belçikalı musiqisevər muğama heyran oldu.
Lük Pone barok və muğam musiqisi arasındakı uyğunluqdan söz açaraq, “Kral İncəsənət və Tarix Muzeyi”ndə Azərbaycan musiqisindən ibarət konsertin təşkilinin çoxuğurlu olduğunu vurğulayıb.
“Müasir dövrdə belə solo ifa, bu cür musiqi nadirdir. Bu konsert bir daha göstərdi ki, barok musiqisi artıq yenidən canlanıb”, - deyə L.Pone bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















