Lukaşenko: Belarus müharibədən yayınmaq üçün müharibəyə hazırlaşır
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Belarus müharibədən yayınmaq üçün müharibəyə hazırlaşır və heç kimə hücum etmək niyyətində deyil.
APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrdə keçirilən yoxlamalar zamanı bildirib.
Onun sözlərinə görə, orduda aparılan yoxlamalarda qeyri-adi heç nə yoxdur.
“Açıq və dürüst şəkildə demişəm ki, biz müharibədən yayınmaq üçün müharibəyə hazırlaşırıq. Heç kimə hücum etmək niyyətində deyilik”, – Lukaşenko vurğulayıb.
O, həmçinin Belarus ərazisindən Rusiyanın Baltikyanı ölkələrə və Polşaya hücum hazırladığı barədə Qərb mediasında yayılan məlumatlara da münasibət bildirib.
“Bu, yalandır”, – Belarus dövlət başçısı qeyd edib.
Baxış sayı:156
Bu xəbər 13 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















