Icma.az
close
up
RU
Lukaşenko: Hakimiyyəti ötürmək istəyirəm

Lukaşenko: Hakimiyyəti ötürmək istəyirəm

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyəti yeni nəslə sakit və dinc şəkildə ötürmək üçün hər şeyi etməyə hazır olduğunu bildirib.

Report BELTA-ya istinadən xəbər verir ki, Lukaşenko bunu Minsk vilayətinin Loqoysk şəhərindəki kilsəni ziyarət edərkən deyib.

O, eyni zamanda yeni hakimiyyət dövründə də yaşamağa ümid etdiyini bildirib.

"Mən uşaqlarımın necə yaşayacağını görmək istəyirəm. Mənim uşaqlarım - budur onlar (kilsədəki uşaqları göstərərək). Mən onların necə yaşayacağını görmək istəyirəm", - A.Lukaşenko qeyd edib.

Belarus Prezidenti əlavə edib ki, hakimiyyəti güclə saxlamağa çalışmır.

Qeyd edək ki, Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.

AzNews.az

seeBaxış sayı:80
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri