Icma.az
close
up
RU
LUKAŞENKO KİMİN “ƏMİSİ OĞLU”DUR? Belarus başçısı Qarabağın Azərbaycana məxsusluğunu sual altına alır (VİDEO)

LUKAŞENKO KİMİN “ƏMİSİ OĞLU”DUR? Belarus başçısı Qarabağın Azərbaycana məxsusluğunu sual altına alır (VİDEO)

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarusda keçirilən son prezident seçkisində məlum yolla 7-ci dəfə(!) prezident olan Aleksandr Lukaşenko, görünür, bu “qələbədən” eyforiya keçirir. Belə olmasaydı, Azərbaycanın tərkib hissəsi olan Qarabağla bağlı ikibaşlı və Azərbaycanın ərazi bütövlüyünü sual altına alan lüzumsuz açıqlamalar verməzdi...

Ukrayna Prezidenti Volodimir Zelenskini tez-tez “təlxək” adlandıran Lukaşenkonun ötən gün Qarabağ və Azərbaycan rəhbərliyi ilə bağlı dedikləri əslində, ciddi siyasətçinin ifadələrindən daha çox siyasi təlxəkliyə bənzəyir. Hansı ki, onun “təlxək” dediyi Zelenski Azərbaycana münasibətdə bunu heç vaxt etməyib və yəqin ki, heç zaman etməz də...

Erməni jurnalistin sualını cavablandıran Lukaşenko ermənilərə Paşinyanla bağlı “ağıl verəndən” sonra Qarabağ mövzusuna keçib və Kremlin idbar təbliğatçılarının tezislərini daha da eybəcər formada təkrarlayıb. Özü də bu zaman ermənilərə xoş gəlmək üçün açıq uydurma “məlumatlar” da verməkdən çəkinməyib: “Açıq deyirəm ki, bu döyüşlərin (Qarabağ uğrunda gedən döyüşləri nəzərdə tutur-red.) belə nəticələnməsi sizin Ermənistandakı rəhbərliyinizin günahıdır. Yalnız onların günahıdır. Onlar hətta bu müharibəni uduzandan sonra (onların dilindən heç kim çəkmirdi, bu barədə İlham (Əliyev) də açıq deyir) dedilər ki, Sovet İttifaqı dövründə olanları tanıyırıq. Stepanakert(?) (Xankəndi-red.) və “dağlıq Qarabağ” faktiki Azərbaycanın ərazisidir. Biz Putinlə çaş-baş qaldıq. Zəng etdim ki, eşitdin? (Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu deməsini-red.) Dedim bu sənin işindir? Dedi yox, mən qarışmamışam. Mən təəccüb etdim. Paşinyan özü Qarabağdan imtina etdi. Hansı ki, həmin anda İlham (Əliyev) razılaşmağa hazır idi ki, bu ərazidə Ermənistan ciddi təsirə malik olacaq. Və burda da bu cür hədiyyə (Paşinyanın bəyanatı-red.). Kim bundan istifadə etməzdi ki?...”

Bu da özünü Azərbaycanın və Azərbaycan Prezidentinin dostu elan edən, dəfələrlə Azərbaycan rəhbərliyinin köməyilə çətin vəziyyətlərdən çıxdığını şəxsən özü etiraf edən Belarus başçısının mövqeyi. Buna yalan, ikiüzlülük, riyakarlıq və təlxəklikdən başqa ad qoymaq olmur. Bundan soruşan lazımdır ki, sən Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasına niyə “çaş-baş” qalmalısan, niyə təəccüblənməlisən?

Birincisi, Azərbaycan Prezidenti nəinki Qarabağdakı qələbəmizdən sonra, hətta müharibədən əvvəl də Ermənistanın Qarabağda bu və ya digər formada mövcudluğunu, təsirini qətiyyətlə rədd edib. Odur ki, Lukaşenkonun guya Azərbaycan başçısının “Qarabağda Ermənistanın ciddi təsirə malik olacağı ilə razılaşması” barədə dedikləri ağ yalan və cəfəngiyyatdır. Ümumiyyətlə, heç bir məntiqə sığmayan sarsaq iddiadır.

İkincisi, görəsən Lukaşenko Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasına niyə bu cür heyrət edib və niyə bundan narahat olub? Bu o deməkdir ki, hələ də Xankəndinə “stepanakert”, Qarabağa “dağlıq Qarabağ” deyən Lukaşenkonun özü də “böyük qardaşı” Vladimir Putin kimi Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın da onun tərkib hisəsi olmasına şübhə ilə yanaşıb, onu tanımaq istəməyib, münaqişənin uzanmasında maraqlı olub.

Lukaşenkonun dediklərinə sadəcə, ermənilərə xoş gəlmək, KTMT üzvü kimi İrəvanın tərəfində olduğunu göstərmək üçün “quş buraxması” kimi baxmaq doğru olmaz. Bu, Lukaşenkonun hər nə qədər özünü Bakıya yaxın siyasi lider kimi göstərsə də, daxilən Rusiyanın yanında olduğunun və onun işğalçı Cənubi Qafqaz siyasətini bölüşdüyünün göstəricisidir...

Belə görünür ki, Lukaşenko kimi liderlərin “dostluğu” bu dostluq onlara sərf edən günə kimidir. Bu açıqlamasından sonra gecə-gündüz Azərbaycanı və onun Prezidentini tərifləyən, tez-tez Bakıya, hətta bir dəfə Qarabğa səfər edən Lukaşenkonun məşhur lətifədə deyildiyi kimi, “kimin əmisi oğlu olduğu” açıq görünür və belə təəssürat yaranır ki, Lukaşenko kimi “dostlar” az qala Paşinyan kimi düşmənlərdən daha təhlükəli və hiyləgərdir...

C.Məmmədov

“AzPolitika.info”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Yanvar 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri