Lukaşenko Paşinyana: “Tələsmə, gör məhsullarını alacaqlar?”
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımları nəzərdən keçirməsinin vacibliyini bildirib.
Modern.az xəbər verir ki, Lukaşenko bunu Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.
Belarus lideri Ermənistanın Avropa İttifaqına üzv olmaq qərarı verəcəyi təqdirdə, məhsullarını Avropa bazarında hansı həcmdə sata biləcəyini əvvəlcədən düşünməli olduğunu bildirib.
“Avropa İttifaqına getmək qərarına gəlmisənsə, hara tələsirsən? Dəqiq müəyyən etmisənmi ki, sənin konyakını, tərəvəzini, meyvəni hara alacaqlar? Hansı həcmdə?” – Lukaşenko deyib.
O, Ermənistanın hazırda Avrasiya İqtisadi İttifaqı bazarında satdığı məhsulların həcmini Avropa İttifaqı bazarında əvəzləyə bilib-bilməyəcəyini də hesablamalı olduğunu vurğulayıb.
“Əgər əmin olmusansa ki, Fransa sənin konyakını alacaq-öz konyakını hara qoyacağını bilməsə də, səndən alacaq -yaxşı, get. Amma niyə tələsirsən? Niyə arabanı atın qabağına qoyursan?”-Belarus Prezidenti əlavə edib.
Baxış sayı:63
Bu xəbər 02 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















