Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tələsmə, cənab Simonyan!

Tələsmə, cənab Simonyan!

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud Türkiyə-Ermənistan sərhədinin açılma(ma)sı barədə

Ermənistan parlamentinin sədri Alen Simonyan ötən həftə “V Trende” proqramı çərçivəsində tanınmış jurnalist Konstantin Eggertə geniş müsahibəsində bir çox vacib məqamlara toxundu. Bəri başdan deyək ki, erməni spikerin yanaşması, kifayət qədər açıq tərzdə səsləndirdiyi fikirlər müsbət qarşılanmalıdır. Məsələn, o, Qarabağ hərəkatını, o cümlədən Ermənistanın qonşularına qarşı ərazi iddialarını “cəfəngiyyat” adlandırdı. Simonyan ölkəsinin Türkiyə ilə normallaşma xəttindən də söz açdı. Onun məsələyə münasibətində isə yumşaq desək, nöqsan payı var.

Birincisi, Simonyan bildirdi ki, Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə Qarabağ məsələsinə görə bağlanmışdı. Doğrudur, amma mövzunun sırf bu şəkildə ifadə olunması çox ümumidir. Çünki söhbət Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, qəsbkarlıq siyasəti yürütməsindən gedib. Axı işğalın arealı mübahisə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə məhdudlaşmayıb.

Yada salaq ki, Ankara sərhədləri bağlamaq qərarını məhz Kəlbəcərin işğalından sonra vermişdi. Kəlbəcərin, Laçının, Şuşanın və digər torpaqlarımızın sabiq muxtar vilayətə aidiyyəti yox idi. Simonyanın bunun üzərindən keçib birbaşa Qarabağ məsələnin həllinin reallaşmasından söz açması yolverilməzdir. Nəinki yolverilməzdir, üstəlik, belə təəssürat yaranır ki, o, beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Axı işğal Azərbaycan xalqına olmazın məşəqqətlər yaşatmışdı.

İkincisi, 44 günlük müharibədə məğlubiyyətə uğramış Ermənistan 2020-ci ildən 2023-cü ilədək itirilmişlərin bərpasına çalışdı. Ölkə iqtidarı Qarabağdakı separatçı rejimin qorunmasına, yəni Azərbaycana qarşı ərazi iddiasının davamına cəhd göstərdi. Hətta 2023-cü ildən sonra da bu cəhdlərin şahidi olduq.

Yəni hazırda sülhü aşkar siyasi ritorika şəklinə gətirmiş Ermənistanın barışa doğru yolu heç də rəvan deyildi. Bu, o deməkdir ki, indiki durum ölkənin bəraət qazanması baxımından yetərli deyil. Çünki prinsipial məqamlar var. Heç şübhəsiz, 2020-ci ildən sonra Ermənistan konstruktiv mövqe tutsaydı, həm sülhü tezləşdirər, həm də Türkiyə ilə sərhədlərin açılmasını...

Üçüncü məqam. Bilavasitə Türkiyə ilə quru sərhədinin açılmasının Ermənistan üçün əhəmiyyətindən danışaq. Məlumdur ki, bu, ölkənin dənizə çıxışı deməkdir. Söhbət Qara dənizə çıxışdan gedir. Şübhəsiz, belə bir üstünlüyə malik olmaq böyük dividenddir. Dividend yalnız sülhün fundamentallığı şəraitində mümkündür. Sülhün fundamentallığı üçün isə Ermənistanın atmalı olduğu bir böyük addım var. Bütövlükdə erməni cəmiyyəti qonşulara qarşı ərazi iddiası məntiqindən tam geri durmalı, mövcud istiqamətdə iradə nümayiş etdirməlidir. İradə meydanının referendum – ümumxalq səsverməsi olduğu məlumdur. O referendum ki, ölkənin yeni konstitusiyasını qəbul etməlidir. O konstitusiya ki, orada işğalçı mahiyyətə söykənmiş İstiqlaliyyət Bəyannaməsinə istinad olmasın.

Dördüncü məqam. Bəli, sülhün konseptuallığı üçün onun bütün seqmentləri reallaşdırılmalıdır. Burada Türkiyənin bir dövlət kimi öz maraqlarını da vurğulamaq lazımdır. Bəli, Naxçıvana maneəsiz yol Azərbaycana nə qədər lazımdırsa, bir o qədər də Ankaraya lazımdır. Deməli, Ermənistan ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin ruhuna uyğun davranmalı, əməli fəaliyyət gerçəkləşdirməlidir.

Axı elementar məntiq var. Türkiyə Ermənistanla sərhədi yalnız ucuz işçi qüvvəsinin, yaxud erməni mallarının öz ərazisinə doluşması üçün açmaz. Ölkə daha böyük miqyaslı daşımalarda maraqlıdır. Bunun üçün Zəngəzur dəhlizi, qlobal anlamda isə 8 avqust Birgə Bəyannaməsinin TRIPP məntiqi gerçəkləşməlidir.

Beşinci məqam. A.Simonyan deyir ki, Qarabağ məsələsini həll edən Ermənistan Azərbaycanla ticarətə başlayıb və belə bir şəraitdə ölkənin Türkiyə ilə quru sərhədinin bağlı qalması nonsensdir. Əlbəttə, spiker prosesin müsbət nəticələnəcəyini vurğulayıb xoş mesaj səsləndirməyi də unutmur. Amma...

Hesab edirik ki, Simonyan sırf bu deyimdə də tələskənliyə yol verir. Çünki Azərbaycanın Ermənistanla ticarətə başlaması Bakının xoş məram ifadəsidir. Azərbaycan ərazisi vasitəsilə Ermənistana üçüncü ölkələrdən yüklərin çatdırılması da həmçinin. Yəni Bakı sülh yolunda jestlər edir. Rəsmi İrəvanın isə bu baxımdan hazırda ortaya qoyduğu real fəaliyyət yoxdur. Yəni Paşinyan administrasiyasının yalnız barış yönümlü bəyanatlarını eşidirik. Bəyanatların əməli fəaliyyət müstəvisinə keçməsi üçün haqqında söz açdığımız Naxçıvana maneəsiz yol təmin edilməlidir.

Onu da deyək ki, indiki durumda cənab Simonyan həm tələsməməli, həm də məsələləri bir-birinə qatmamalıdır. Axı erməni iqtidarının Naxçıvana maneəsiz yolu verməkdən boyun qaçırdığını, Paşinyanın alternativ kimi Laçın-Kornidzor–Marqara xəttindən danışdığını, böyük anlamda isə “Dünyanın kəsişməsi” və ya “Sülhün kəsişməsi” adlı təşəbbüsləri ortaya atıb Azərbaycana qarşı çıxdığını görmüşük. Yeri gəlmişkən, “Sülhün kəsişməsi” kazusu mayın 5-də İrəvanda imzalanmış Ermənistan–Avropa İttifaqı Birgə Bəyannaməsində də yer alıb. Paşinyanın seçki qalibi olduqdan sonra həmin sənədə istinad əzminin TRIPP-ə qarşı yönəlib-yönəlməyəcəyini söyləmək çətindir...

Sözümüz ondadır ki, Simonyanın timsalında erməni iqtidarının təmsilçiləri Türkiyə-Ermənistan sərhədinin açılmasına dair fikir bildirəndə bütün bunları nəzərə almalı, düşüncələrini korrekt şəkildə ifadə etməlidirlər. Fransa Prezidenti Emmanuel Makronun həmin quru sərhədindən keçib Türkiyəyə getmək kimi rəmzi jestinə icazə verilmədisə, deməli, bu xına o xınadan deyil.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2026 03:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri