Lukaşenko Ukraynanı təbrik etdi Zelenskinin adını çəkmədi
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.
“AzPolitika” xəbər verir ki, Belarus rəsmi mediası təbrikin mətnini paylaşıb.
Lukaşenko bildirib ki, belaruslar və ukraynalılar əsrlər boyu davam edən ənənələr, ortaq tarix və çəkdikləri çətinliklərlə bir-birinə bağlıdır. O hesab edir ki, iki xalqın gələcək nəsilləri dostluq əlaqələrini qorumalı, Minsk və Kiyev isə əməkdaşlığı bərpa etməlidirlər.
"Qonaqpərvər Belarus həmişə xoş niyyətlə gələn hər bir ukraynalı üçün açıqdır", - deyə Lukaşenko əlavə edib.
Lakin Lukaşenkonun təbriki Prezident Volodimir Zelenskiyə yox, yalnız Ukrayna xalqına ünvanlanıb. Lukaşenko hələ 2020-ci ildən bəri Zelenskini Müstəqillik Günü münasibətilə təbrik etmir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 24 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















