Lukaşenkodan HƏYƏCANLI AÇIQLAMA: Belarus müharibəyə hazırlaşır
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin savaş arzulamadığı halda müharibəyə hazırlaşdığını bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə "BelTA" xəbər agentliyi Belarus prezidentinə istinadən məlumat yayıb.
"Sülh dövründən söhbət gedə bilməz. Biz müharibəyə hazırlaşırıq. Buna görə də silahlı qüvvələrimizi yaratmışıq, onları saxlayırıq, xalq bizi dəstəkləmək üçün pul ödəyir. İnsanlar başa düşməlidirlər: biz müharibəyə qəti şəkildə qarşıyıq. Xüsusilə də zabitlərimiz, əsgərlərimiz, silahlı qüvvələrimiz. Çünki müharibənin nə olduğunu bilirik. Biz savaş istəmirik, amma ordu bunun üçündür. Əgər kimsə qəfildən bizimlə danışmaq və bizə silah tuşlamaq qərarına gəlsə, cavab verəcəyik. Biz buna hazırlaşırıq", - deyə dövlət başçısı bildirib./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 Aprel 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















