Lukaşenkonun məşhur rəqibi vəfat edib Müxalifətin vahid namizədi olmuşdu...
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belarusun görkəmli siyasi və ictimai xadimi, tanınmış alim Aleksandr Milinkeviç 80 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı onun ailə üzvləri sosial şəbəkə hesablarında paylaşıblar. Məlumata görə, ötən ilin noyabr ayında yuxu arteriyasından ağır cərrahiyyə əməliyyatı keçirən siyasi xadim uzun sürən bərpa prosesindən sonra vəfat edib.
1947-ci ildə Qrodno şəhərində anadan olan A. Milinkeviç fizika-riyaziyyat elmləri namizədi idi. O, Qrodno Dövlət Universitetində çalışıb, Əlcəzairin Setif Universitetində kafedra müdiri olub, həmçinin Fransa və ABŞ universitetlərində elmi təcrübə keçib. O, 60-dan çox elmi əsərin və monoqrafiyanın müəllifidir.
Aleksandr Milinkeviçin siyasi karyerasında ən mühüm mərhələ 2006-cı il prezident seçkiləri olub. O, Demokratik Qüvvələrin Konqresi tərəfindən proavropa yönümlü müxalifətin vahid namizədi kimi irəli sürülmüşdü. Seçkilərdən sonra o, "Azadlıq uğrunda" hərəkatını təsis edərək uzun illər ona rəhbərlik edib.
İnsan hüquqları və demokratik dəyərlərin təbliği sahəsindəki fəaliyyətinə görə Milinkeviç 2006-cı ildə Avropa Parlamenti tərəfindən Axarovsk adına "Düşüncə azadlığı" mükafatına, 2007-ci ildə isə Beynəlxalq Liberal İnternasionalı tərəfindən "Azadlıq Mükafatı"na layiq görülmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Avqust 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















