Icma.az
close
up
RU
“LUKOIL Azərbaycan”da nə baş verir?

“LUKOIL Azərbaycan”da nə baş verir?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günlərdə mediada xəbər yayıldı ki, “LUKOIL-Azərbaycan” Qapalı Səhimdar Cəmiyyəti (QSC) gömrük tələblərini pozduğu üçün cərimələnib.

News24.az Tribunainfo.az-a istinadən xəbər verir ki, DGK bununla bağlı məhkəməyə müraciət edib və şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə günahkar bilinib.

Məlumatda qeyd edilir ki, məhkəmənin qərarı ilə, QSC rəhbərliyi 1500 manat məbləğində cərimə olunub.

Tribunainfo.az-ın qısa araşdırması zamanı məlum olub ki, “Lukoil Azərbaycan” QSC ayda-ildə bir dəfə məhkəmə çəkişməsində olan şirkət deyil. Bu şirkət son bir ildə dəfələrlə məhkəməyə verilib və cərimə olunub. Məsələn, QSC ötən ilin ortalarında İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsini pozub. Nizami Rayon Məhkəməsi şirkəti 500 manat cərimə edib.

Və ya ötən ilin dekabrında şirkət yenə analoji səbəbdən, yəni yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məhkəmə çəkişməsində olub.  Bu dəfə Sumqayıt Şəhər Məhkəməsi protokola baxıb və cərimə qərarı çıxarıb.

Amma məsələ budur ki, baş verənlər şirkətin daha çox nizam-intizamsız olması ilə yanaşı, həm də məsuliyyətsiz olmasını demək üçün də əsas yaradır. Nəzərə alaq ki, “Lukoi Azərbaycan” şirkəti ölkəmizdə yanacaq satışı ilə məşğul olur. Bu məqsədlə onlarla Yanacaq Doldurma Məntəqəsinə sahibdir. Həmin YDM-lərdə isə gün ərzində minlərlə avtomobil benzin, dizel vururlar.

Kifayət qədər həssas işlə məşğul olan bu şirkətin yanğın təhlükəsizlik qaydalarına riayət etməməməsi nə deməkdir? Bu o demək deyil ki, xırda bir yanğın hadisəsi yüzlərlə insanın həyatı üçün risk yaradar? Bir şirkət bu qədər məsuliyyətsiz olar ki, oddan təhlküəli maddələrin satışını həyata keçirdiyi halda, yanğından mühafizə tədbirləri görmür?

Məsələ belədir ki, “Lukoil Azərbaycan” təkcə yanğın təhlükəsilziyi məsələsində deyil, müştərilərə heç də təmiz olmayan yanacaq satmaqla da ad çıxarıb. Hələ bir müddət əvvəl şirkətə məxsus YDM-də avtomobillərin yanacaq çənlərinə su vurulması məsələsi ortaya çıxmışdı. Sürücülər “Lukoil Azərbaycan”ın YDM-dən benzin vurduqlarını, lakin su çıxdığını bildirmişdilər. Hətta bununla bağlı videogörüntü də yaymışdılar.

Həmin hadisədən sonra şirkətin dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev məlumatı təsdiqləmişdi. “Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda “Lukoil” YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik. Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 May 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see682

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see373

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see237

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see212

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see187

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see185

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see185

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see181

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see181

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see178

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see176

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see175

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see171

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see171

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see170

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see166

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see166

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see164

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri