“Lukoil” dünyanın ən böyük neft yataqlarından birində fors major elan etdi” − KİV
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın “Lukoil” neft şirkəti dünyanın ən böyük neft yataqlarından biri olan İraqdakı “Qərbi Qurna-2” yatağında fors-major vəziyyət elan edib.
Yeniavaz.com xəbər verir ki, “Reuters” bu barədə dörd mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ və Avropa Birliyi oktyabrın sonlarında şirkətə qarşı sanksiyalar tətbiq etdikdən sonra İraq “Lukoil”a bütün ödənişləri dayandırıb.
Ötən həftə “Lukoil” İraq Neft Nazirliyinə məlumat verib ki, şirkətin “Qərbi Qurna-2” yatağında normal fəaliyyətini davam etdirməsinə mane olan fors-major hallar mövcuddur. “Reuters” agentliyinin məlumatına görə, fors-major vəziyyətinin səbəbləri altı ay ərzində həll olunmazsa, “Lukoil” hasilatı dayandıracağını və layihədən tamamilə çıxacağını açıqlayıb.
“Qərbi Qurna-2” İraqın cənubunda yerləşən dünyanın ən böyük neft yataqlarından biridir. “Lukoil” şirkətinə onun işlənməsi üçün müqavilə 2010-cu ildə verilib. Rusiya şirkəti bu layihənin 75%-nə, qalan 25%-i isə İraqın dövlətə məxsus “North Oil Company” şirkətinə məxsusdur.
ABŞ sanksiyalar tətbiq etdikdən sonra “Lukoil” xarici aktivlərinin rusiyalı iş adamı Gennadi Timçenkonun həmtəsisçisi olduğu “Gunvor” şirkətinə satıldığını elan edib.
Bu mövzuda digər xəbərlər:LUKOIL İraqın Qərbi Qurna 2 yatağında fors major elan edib
10 Noyabr 2025 18:40
İraq Lukoil in neft daşımalarını ləğv etdi
05 Noyabr 2025 00:41
Lukoil Bakıya neft tədarükünü dayandırdı
06 Noyabr 2025 20:00
“Lukoil” un neft anbarı vuruldu VİDEO
29 Yanvar 2025 12:05
“Gunvor” “LUKOIL”la sövdələşmədən imtina etdi
07 Noyabr 2025 12:17
Baxış sayı:50
Bu xəbər 10 Noyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















