Icma.az
close
up
RU
“Lukoil” ən böyük xarici aktivini itirir İraq Rusiya şirkətini qovur

“Lukoil” ən böyük xarici aktivini itirir İraq Rusiya şirkətini qovur

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İraq Neft Nazirliyi sanksiyalar tətbiq edilən Rusiyanın neft nəhəngi “Lukoil”-in “Qərbi Qurna-2” yatağındakı payını Amerika şirkətlərinə satır.

“AzPolitika” xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, nazirlik bu məsələ ilə bağlı ABŞ neft şirkətləri ilə birbaşa danışıqlar təşkil etmək planlarını açıqlayıb.

İraq tərəfi konkret şirkətlərin adlarını çəkməsə də, “ExxonMobil” və “Chevron” artıq Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən sanksiyalar çərçivəsində “Lukoil”-in beynəlxalq aktivlərinin ən azı bir hissəsində maraqlı olduqlarını ifadə ediblər.

14 milyard barel ehtiyata və təxminən 500.000 barel gündəlik hasilata malik “Qərbi Qurna-2”, “Lukoil”-in xaricdəki ən böyük neft aktividir. Rusiya şirkəti bu yataqda 75% paya sahibdir.

İraq Neft Nazirliyinin açıqlamasında deyilir: "Yatağın idarə olunmasının Amerika neft şirkətinə verilməsi qarşılıqlı maraqlara xidmət edəcək, qlobal bazarların sabitliyini gücləndirəcək və İraqın neft hasilatını və bazar payını təmin edəcək". Lakin nazirlik “Lukoil”-in payının satışı ilə bağlı yekun razılaşmanın bağlanması üçün gözlənilən müddəti dəqiqləşdirməyib.

“Bloomberg”-in qeyd etdiyi kimi, İraqın “Lukoil”-in payının satışına Amerika şirkətlərini cəlb etməsi Vaşinqtonun strateji maraqlarına uyğundur və eyni zamanda Bağdadın Amerika şirkətləri ilə enerji əlaqələrini dərinləşdirmək niyyətini göstərir.

Qeyd edək ki, noyabrın 10-da “Lukoil” 2010-cu illərin əvvəllərindən bəri inkişaf etdirdiyi “Qərbi Qurna-2”-də fors-major vəziyyət elan etdi. İraq hökuməti Rusiya şirkətinə bütün nağd pul və neft ödənişlərini dayandırdı. Bir neçə gün əvvəl isə İraqın dövlət neft şirkəti “SOMO” “Lukoil”-in üç neft daşınmasını ləğv edib. Daha sonra İraq hökuməti “Lukoil”-in “Qərbi Qurna-2” neftinin paylanması üçün məsuliyyəti öz üzərinə götürdü və sanksiyalara baxmayaraq fasiləsiz tədarükü təmin etdi.

Xatırladaq ki, ABŞ oktyabr ayında Kremli Ukraynadakı müharibəyə son qoymağa məcbur etmək üçün “Lukoil”-ə və “Rosneft”-ə sanksiyalar tətbiq etdi. Daha sonra ABŞ Maliyyə Nazirliyi “Lukoil”-ə Rusiya xaricindəki əməliyyatlarını başa vurmaq üçün cəmi bir ay vaxt verdi, lakin noyabrın ortalarında ABŞ hakimiyyəti müvəqqəti lisenziyanı 13 dekabra qədər uzatdı. İndi Avropa və Afrikadan Yaxın Şərqə qədər 11 ölkədə aktivləri olan şirkət xarici aktivlərini tələsik satmaq məcburiyyətində qalıb. Ancaq buna asanlıqla nail ola bilməyəcəyi və milyardlarla dollar itki verəcəyi şübhəsizdir.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri