Icma.az
close
up
RU
Regionda 6 il sonra eyni ssenari gündəmdə Bu dəfə hədəf Xameneidir

Regionda 6 il sonra eyni ssenari gündəmdə Bu dəfə hədəf Xameneidir

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İranda davam edən etirazlar fonunda Tehran-Vaşinqton xəttində səslənən sərt bəyanatlar diqqət çəkib. Belə ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xameneiyə mümkün hücumun Tehran üçün “son hədd” olacağını bildirib. ABŞ Prezidenti Donald Tramp isə onun həyatına təhlükə yaranacağı təqdirdə bütün ölkəni yer üzündən siləcəyini vəd edib. Belə qarşılıqlı xəbərdarlıqlar beynəlxalq ictimaiyyətdə ciddi suallar doğurub. Bu fonda İsrail ABŞ-ın İrana hərbi zərbə endirməsi ehtimalını nəzərə alaraq təhlükəsizlik və müdafiə sahəsində hazırlıqlarını tamamlayıb.

İran və ABŞ arasında hərbi toqquşma ehtimalı nə qədərdir? Qarşılıqlı xəbərdarlıqlar hücumla əvəzlənəcəkmi?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Məsud Pezeşkianın sözügedən açıqlaması Xameneiyə mümkün hücumun qarşısını almağa yönəlib:

Xəqani Cəfərli

“Digər tərəfdən, Pezeşkianın bəyanatı hadisələrin bu cür inkişafını istəmədiyini nümayiş etdirir. Xatırladım ki, general Qasım Süleymaninin sağlığında da oxşar fikirlər mövcud idi. Məhz buna görə Qərb uzun müddət onun zərərsizləşdirilməsindən çəkinirdi. Trampdan əvvəlki ABŞ prezidentləri Süleymaninin öldürülməsinin İranla genişmiqyaslı müharibəyə yol aça biləcəyindən ehtiyat edirdilər. Lakin Tramp bu addıma göstəriş verdi və Süleymani İraqda öldürüldü. Buna baxmayaraq, İran adekvat cavab vermədi. Tehranda yaxşı bilirlər ki, Vaşinqton nüvə silahı tətbiq etmədən belə, Rusiya və Çin kimi böyük dövlətlər daxil olmaqla istənilən ölkəyə qısa müddətdə ciddi zərbə endirmək gücünə malikdir. Bu səbəbdən, Trampın əmri ilə Xameneinin zərərsizləşdirilməsi halında da İranın genişmiqyaslı müharibəyə başlaması real görünmür. Çünki belə bir addım son dərəcə fəlakətli nəticələrə gətirib çıxara bilər”.

Politoloq Əhəd Məmmədli bildirib ki, Donald Tramp ABŞ-da təkbaşına qərar qəbul etmir, onun Konqresin razılığına ehtiyac var:

“Tramp səlahiyyətlərini genişləndirməyə çalışsa da, hələlik buna tam imkan verilmir. Lakin müəyyən məhdud zərbələrin baş verməsi mümkündür. Trampdan əvvəl də ABŞ zərbələr endirib, hərçənd bu, İran ərazisində deyil, İraqda baş verib. Yəni gərginliyin artması halında, ABŞ-ın ciddi zərbələrinə İranın da ciddi cavab verməsi mümkündür. Bu yaxınlarda Rusiyanın icazəsi ilə İranın hərbi təlimlər keçirməsi və təxminən 10 min kilometr məsafəni əhatə edən ballistik raket sınağı bu baxımdan diqqət çəkir. Bu göstərici İranın raket potensialında ciddi irəliləyiş deməkdir. Əvvəllər İranın əsasən 2 min kilometrlik ballistik raketlərə malik olduğu bilinirdi. Yeni imkanlar isə İran ordusunun və silah sənayesinin gücləndiyini göstərir”.

Əhəd Məmmədli

Politoloq qeyd edib ki, İranın da ABŞ-a təsirli zərbələr endirməsi mümkündür:

“Bu zərbələr əsasən ABŞ-ın bölgədəki hərbi bazalarını hədəf ala bilər. Vaşinqtonun cavab zərbələrinin isə daha güclü olacağı şübhəsizdir, çünki onlar hərbi texnologiyalar baxımından üstünlüyə malikdir. Lakin məsələ bu zərbələrlə məhdudlaşacaqmı, yoxsa quru əməliyyatlarına keçiləcəkmi, bu artıq müharibənin daha ağır mərhələsidir. ABŞ-ın hazırkı şəraitdə İranla genişmiqyaslı quru müharibəsinə girməsi real görünmür. İran həm ərazi, həm əhali, həm də ordu baxımından böyük dövlətdir. ABŞ İraq və Əfqanıstan təcrübəsindən sonra yeni bir “bataqlığa” girmək istəməz. Bundan əlavə, Tramp biznesmen yanaşmasına malikdir və yeni müharibə böyük maliyyə itkiləri deməkdir. Silah sənayesi bundan qazanc əldə etsə belə, genişmiqyaslı müharibə Vaşinqton üçün ciddi risklər yarada bilər. Ona görə də mövcud vəziyyətdə Trampın İranla genişmiqyaslı müharibəyə getməsi ehtimalı aşağıdır”.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə Donald Trampın birbaşa göstərişi ilə Bağdadda pilotsuz uçuş aparatı zərbəsi nəticəsində öldürülüb.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri