Lyayenin olduğu binanın kondisioner sistemi istidən sıradan çıxıb
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyasının Brüsseldəki qərargahında (Berlamont) kondisioner sistemi, Avropanın böyük bir hissəsini bürüyən həddindən artıq istilər səbəbindən iyunun 26-sı günortadan sonra qismən sıradan çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, işçilərə daxili mesajlaşma sistemi vasitəsilə bildirilib ki, günün sonuna qədər binanın birinci mərtəbəsindən yeddinci mərtəbəsinə qədər soyutma sistemi məcburi dayandırılıb.
Qeyd olunur ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və komissarların əksəriyyətinin ofisləri 13 mərtəbəli binanın yuxarı mərtəbələrində yerləşir.
Əksər Avropa ölkələrində olduğu kimi, Belçikada da anormal istilər hökm sürür. İnsanlara açıq havada gəzməkdən, ağır idmanla məşğul olmaqdan və daha çox su içməkdən çəkinmələri tövsiyə edilib. Bu günün ötən həftə Avropada anormal yüksək temperaturun başlamasından bəri ən isti olduğu deyilir.
İsti hava dalğası Avropa infrastrukturu üçün də çətinliklər yaradır. Belçikada yüksək temperatur səbəbindən bəzi qatar reysləri ləğv edilib və Avropa Parlamentində soyutma sistemləri gərginləşdiyindən bu həftənin əvvəlində elektrik kəsintiləri yaşanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 26 İyun 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















