Lyonda festival zamanı polis əleyhinə mesajlar rəsmi orqanların sərt reaksiyasına səbəb olub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paris, 8 dekabr, AZƏRTAC
Lyon şəhərində “Fête des Lumières” festivalı zamanı İncəsənət Muzeyinin fasadına polis və Milli Birlik (Rassemblement National-RN) partiyası əleyhinə mesajların proyeksiya edilməsi yerli hakimiyyət orqanlarının kəskin reaksiyasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Lyon meri Qreqori Dussey bu mesajları təhlükəsizlik qüvvələrinə qarşı zorakı və qəbuledilməz ifadələr kimi qiymətləndirib. Şəhər merliyinə namizəd Jan-Mişel Olas isə baş verənləri dövlət təssisatlarına qarşı ciddi zərbə adlandırıb.
Ron (Rhône) prefekti Fabienn Byusyo mesajları polislərə qarşı nifrət çağırışı kimi dəyərləndirərək, Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən prokurorluğa rəsmi məlumat göndərildiyini və istintaqın başladılacağını bildirib.
Hadisə Lyon üzrə “Les Soulèvements de la Terre” assosiasiyasının sosial şəbəkələrdə paylaşdığı məlumatlarla əlaqələndirilib.
Mümkün insidentlərin qarşısını almaq üçün Lyonun 6-cı dairəsi və Villeurbanne ərazisində bütün yürüş və etiraz xarakterli aksiyalar qadağan edilib.
1 / 2
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 08 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















