Tokayev: TikTok insan beynini məhv edən dəhşətli bir şeydir
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "TikTok" sosial şəbəkəsinin beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, Tokayev bunu Moskvada "AI Journey 2026" beynəlxalq konfransı çərçivəsində süni intellekt sahəsində çalışan gənc mütəxəssislərlə görüşündə deyib.
"İndi hamı smartfondan istifadə edir, amma nədənsə elə düşünürlər ki, o yalnız zənglər etmək, yazışmaq, bəlkə də, hansısa filmlərə baxmaq üçündür. "TikTok"... O, insan beynini, xüsusən də gənclərin beynini məhv edən qorxunc bir şeydir", - Tokayev bildirib.
Qazaxıstan Prezidenti qeyd edib ki, ölkədə xalq rəqəmsal iqtisadiyyatını inkişaf etdirməyə çalışırlar. Onun sözlərinə görə, smartfonlardan savadlı istifadə vətəndaşlara hətta ucqar yaşayış məntəqələrində belə internetə çıxış olduğu təqdirdə, pul qazanmaq imkanı verir.
Tokayev vətəndaşların müasir texnologiyalardan istifadə ilə qanuni gəlir əldə etməyə şərait yaradacaq rəqəmsal bacarıqların əhaliyə öyrədilməsinin vacibliyini vurğulayıb.
"Mən buna xalq rəqəmsal iqtisadiyyatı deyirəm", - Qazaxıstan Prezidenti bildirib.
Baxış sayı:68
Bu xəbər 26 Noyabr 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















