Icma.az
close
up
RU
Maaş karta yatan kimi bunu edənlər ayın sonunu çətin gətirir

Maaş karta yatan kimi bunu edənlər ayın sonunu çətin gətirir

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Maaş karta köçürülür, insan hesabına baxır və bir anda özünü əvvəlkindən daha rahat hiss edir. Bir neçə saat əvvəl “bunu gələn aya saxlayım” deyən adam isə maaşdan sonra alış-verişə, restorana, taksiyə və başqa xərclərə daha asan pul ayırmağa başlayır.

Bəs niyə maaş alan kimi xərcləmək istəyirik? 

“Yeni Sabah” xəbər verir ki, iqtisadçıların və psixoloqların apardığı araşdırmalar insanların pul xərcləməsində yalnız gəlirin miqdarının deyil, pulun hesaba nə vaxt daxil olmasının da rol oynadığını göstərir. Bu davranış iqtisadiyyatda “maaş günü effekti” kimi araşdırılır. Müxtəlif ölkələrdə aparılan tədqiqatlarda maaşın alınmasından dərhal sonra istehlak xərclərinin artdığı, daha sonra isə tədricən azaldığı müşahidə olunub. Məsələ təkcə “çox pul gəldi, çox xərclədim” qədər sadə deyil. Sezar pizza

Maaş gələndə beyin nə düşünür?

İnsan uzun müddət pul çatışmazlığı yaşadıqda diqqəti əsasən ən vacib ehtiyaclara yönəlir. Kirayə, kommunal ödənişlər, ərzaq, yolpulu və borclar kimi xərclər ön plana keçir. Maaş gününə yaxın isə maliyyə sıxıntısı daha güclü hiss oluna bilər. Elmi araşdırmalarda maliyyə çatışmazlığının insanın diqqət və qərarvermə prosesinə əlavə yük yaratdığı göstərilib. Pul hesaba daxil olduqdan sonra bu təzyiq müvəqqəti olaraq azalır. Nəticədə insanın beynində belə bir hiss yaranır: “Artıq pulum var”. Əslində isə həmin pulun böyük hissəsinin kirayə, kredit, ərzaq və digər xərclərə gedəcəyi əvvəlcədən məlumdur. Sadəcə həmin anda pulun mövcudluğu gələcək ödənişlərdən daha real görünür. Məhz burada psixologiyanın başqa bir xüsusiyyəti ortaya çıxır.

Pulun “öz yeri” yaranır

Davranış iqtisadiyyatında “mental accounting”  yəni zehində maliyyə hesablarının ayrılması anlayışı var. İnsanlar bütün pullarını bir bütöv məbləğ kimi qəbul etməyə bilirlər. Maaş, bonus, hədiyyə, əlavə qazanc və ya geri qaytarılan borc zehində müxtəlif “hesablar”a çevrilə bilər.Məsələn, ay ərzində qənaət etməyə çalışan insan maaşından 100 manat xərcləməyə tərəddüd edə bilər. Amma əlavə 100 manat bonus aldıqda həmin məbləği daha rahat xərcləyir.

2026-cı ildə dərc olunan araşdırmada proqnozlaşdırılan gəlirin hesaba daxil olmasından sonra istehlak xərclərinin artdığı, hətta kifayət qədər likvid vəsaiti olan insanlarda belə gəlirin daxil olduğu tarix ətrafında xərclərin önə çəkildiyi göstərilib. Tədqiqat bunu “zehni hesablar”la izah edir. Yəni məsələ həmişə pulun həqiqətən çatıb-çatmaması deyil. İnsan pulun hansı “hesabdan” gəldiyini də nəzərə alır.

Maaşdan sonra niyə özümüzə nəsə almaq istəyirik?

Bunun başqa bir səbəbi də ay ərzində özünü məhdudlaşdırmaqdır. Ayın sonuna yaxın insan bəzi istəklərini təxirə salır. Yeni paltar almaq, restorana getmək, kosmetika və ya texnika almaq, dostlarla görüşmək kimi xərclər “maaşdan sonra”ya saxlanılır. Maaş gələndə isə insan həmin xərcləri həyata keçirmək üçün özündə daha çox icazə hiss edir. Bu, müəyyən mənada “mükafatlandırma” davranışına çevrilir: “Bir ay işlədim, indi özümə bunu alım”. Nəticədə maaşın ilk günlərində daha çox xərcləmək, sonrakı həftələrdə isə həmin xərcləri kompensasiya etmək üçün qənaət etmək məcburiyyəti yaranır.

2025-ci ildə böyük bir bankın məlumatları əsasında aparılan araşdırmada da maaşdan sonra istehlakın əvvəlcə artdığı, daha sonra azaldığı müəyyən edilib. Araşdırmanın müəllifləri bunu indiki ana üstünlük vermə meyli və insanların pulları zehində ayrıca büdcələrə bölməsi ilə əlaqələndiriblər.

“İndi alım, sonra baxarıq” düşüncəsi

İnsanların qərarlarında indiki an çox vaxt gələcəkdən daha güclü təsir göstərir. Məsələn, bu gün 50 manat xərcləmək xoş hiss yaradır, amma həmin 50 manatın ayın sonunda lazım olacağı uzaq görünür. Davranış iqtisadiyyatında bu, “present bias” – indiki ana üstünlük vermə meyli kimi tanınır. 2025-ci il araşdırmasında da maaşdan sonra xərclərin artması ilə bu meyl arasında əlaqə müəyyən edilib. Tədqiqatda maaşdan dərhal sonra baş verən əlavə xərclərin sonrakı həftələrdə istehlakın azalması ilə əlaqəli olduğu göstərilib. Başqa sözlə, maaşın ilk günlərində edilən əlavə xərclər ayın sonrakı hissəsində insanın büdcəsini sıxır.

Maaşın məbləği də vacibdir

Burada başqa bir məqam da var: maaş günü effekti hamıda eyni gücdə olmur. Gəlirin böyük hissəsi zəruri xərclərə gedən insan üçün maaşın hesaba daxil olması daha ciddi rahatlıq yaradır. Çünki ayın sonunda real maliyyə sıxıntısı yaşayan insan maaş gününə qədər gündəlik ehtiyaclarını məhdudlaşdırmaq məcburiyyətində qalır. Maliyyə çatışmazlığının qərarverməyə təsiri ilə bağlı araşdırmalarda maaşdan əvvəl və sonra insanların maliyyə vəziyyətində əhəmiyyətli fərqlər müşahidə olunub. Bu baxımdan maaş günü yalnız bank hesabındakı rəqəmin dəyişməsi deyil. İnsan üçün maliyyə vəziyyətinin psixoloji olaraq da dəyişdiyi gündür.

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri