Icma.az
close
up
RU
“Maaş, pensiya artımına differensial yanaşılmayanda inflyasiyanın əziyyətini yenə də əhalinin aşağı gəlirli hissəsi çəkməli olur...”

“Maaş, pensiya artımına differensial yanaşılmayanda inflyasiyanın əziyyətini yenə də əhalinin aşağı gəlirli hissəsi çəkməli olur...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ancaq məsələyə differensial yanaşılsa, məsələn, 3 min AZN-dən yuxarı maaş  alanların maaşı 2 faiz, 1000-3000 AZN alanların maaşı 7 faiz, 1000 AZN-dən aşağı alanların maaşı isə 15 faiz artmalıdır...”

“Əgər qaz ehtiyatlarına görə dünyanın lider ölkəsi olan Rusiya kimi bir dövlətdə təbii qazın kubmetri 13 qəpikdirsə, bizim 20 qəpik onun yanında heç nədir. Yəni biz qaz istehsalına görə dünyada 22-ci yerdəyik...”

"Normal cəmiyyətdə təkliflər verilməlidir. İndi, hakimiyyətin onları nəzərə alıb-almaması öz işidir. Ancaq müəyyən bir dövrdən sonra hökmən nəzərə alacaqlar..."

Mikayıl Cabbarovun de-yure rəhbərlik etdiyi Tarif Şurası təzə - 2025-ci il girər-girməz xalqımızı “sevindirdi” və qazın, işığın, kommunal xidmətlərin və s. qiyməti qaldırdı. Bu da təbii olaraq vətəndaşların etirazların səbəb oldu. Siyasi partiyalar arasında Azad Vətən Partiyasının bu mövzuda maraqlı təkliflərlə çıxış etməsi diqqəti cəlb etdi... 

Burada əsas təəccüb doğuran və insanların sosial şəbəkələrdə də etirazına səbəb olan təbii qazın qiymətinin qaldırılmasıdır. Xalq sual edir: necə olur ki, təbii qazın bir kubmetrinin qiyməti qonşu Türkmənistanda 1 qəpik, Özbəkistanda 4 qəpik, Qazaxıstanda 10 qəpik, Rusiyada 13 qəpik, Azərbaycanda isə 20 qəpik olur? Siyasi partiyalar bu və ya digər suallarla Mikayıl Cabbarova, eləcə də ölkə iqtisadiyyatının, xalqın rifahının inkişafına cavabdeh olan digər qurumlara müraciət edə bilməzmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:

“Yeni ilin əvvəlində ölkədə Tarif Şurası tərəfindən qiymətlərin qəfil qaldırılması doğrudan da cəmiyyətdə bir şok effekti yaratdı. İnsanlar çox narazıdırlar. Vətəndaşlar o qədər narazıdırlar ki, artıq etiraz etməyə, nəsə bir söz deməyə taqətləri də qalmayıb. Sadəcə sükutla etiraz edirlər...

Bu mövzuda mən iki yanaşmaya münasibət bildirmək istəyirəm. Birincisi, ölkənin daxilində və xaricində özlərini dırnaqarası “radikal müxalifət” adlandıranlar gözlərini yumub ağızlarına gələni danışdılar. Və Azərbaycan hakimiyyəti haqda demədikləri ittiham qalmadı. Mən və partiyamız bu yolu qətiyyən qəbul etmirik. Yəni hesab edirik ki, nəyin hesabına olursa-olsun, iqtidarı qaralamaq Azərbaycan dövlətinin və xalqının xeyrinə deyil... 

Digər yanaşmanı isə məsələni tam sükutla müşahidə edən bir sıra siyasi partiyalar sərgilədi. Bəzi partiyalar isə, məsələn, Müsavat Partiyası sanki elə növbətçi bir bəyanat verərək yerlərində oturdular.  Bu cür münasibət də düzgün deyil. Ən doğru münasibəti isə Azərbaycan dövlətçiliyinin maraqlarını düşünən partiyalar nümayiş etdirib...

Bizim Azad Vətən Partiyası da qiymət artımını tənqid etdi. Eyni zamanda tənqidlə kifayətlənmədən təkliflərini verdi. Siz də qeyd etdiyiniz kimi, bununla bağlı mətbuatda açıqlama vermişik. Konkret olaraq təklif etdik ki, qiymət artımıyla bağlı və ümumiyyətlə, mütəmadi olaraq əhalinin maaş və pensiyalarının artırılmasına, kompensensiyaların ödənilməsinə differensial yanaşma olmalıdır. Tutaq ki, büdcədən maliyyələşən vətəndaşların maaşları 15 faiz artdı. Bu o deməkdir ki, məsələn, 3 min manat maaş alanın da maaşı 15 faiz(yəni 450 AZN) artır,  1000 manata qədər, məsələn, 400 manat alanın da maaşı 15 faiz(yəni cəmi 60 AZN) artır. İkinci halda vətəndaşın maaşının artımı 3 min manat alana nisbətən cüzi bir rəqəmlə ifadə olunur. Digər tərəfdən maaş və pensiyalar artanda inflyasiya da yaranır. Ona görə də inflyasiyanın əziyyətini yenə də əhalinin aşağı maaş, pensiya alan xeyli hissəsi çəkməli olur.  Ancaq məsələyə differensial yanaşılsa, məsələn, 3 min AZN-dən yuxarı maaş  alanların maaşı 2 faiz, 1000-3000 AZN alanların maaşı 7 faiz, 1000 AZN-dən aşağı alanların maaşı isə 15 faiz artmalıdır. Yəni bu cür differensial yanaşma cəmiyyətdə müəyyən qədər sosial ədalətin gözlənilməsinə xidmət edərdi və sağlam bir mühit formalaşardı. İstər qiymət artımı, istərsə də maaş, pensiya artımı- bunların hamısı Azərbaycanda pul kütləsi ilə bağlı həyata keçirilən siyasətdir. İqtisadçılar bunu daha yaxşı bilirlər. Amma bilənlər də, təəssüf ki, susurlar, gözləmə mövqeyində durur və heç bir təklif vermirlər...

Normal cəmiyyətdə təkliflər verilməlidir. İndi, hakimiyyətin onları nəzərə alıb-almaması öz işidir. Ancaq müəyyən bir dövrdən sonra hökmən nəzərə alacaqlar...

Əsas məsələ odur ki, ölkədə pul kütləsi küplərə, yastıqlara yığılmasın, daim hərəkətdə, dövriyyədə olsun. Və bizim də differensial yanaşma ilə bağlı təklifimizin də məğzi bundan ibarətdir. Yəni belə yanaşılan halda pul kütləsi aşağıdan yuxarı- yuxarıdan aşağı hərəkət etməklə ölkə iqtisadiyyatına bir canlanma gətirəcək. Bu da dövlətin büdcəsinə kifayət qədər yüksək səviyyədə gəlir gətirməklə onun maraqlarına cavab verir... 

 Başqa ölkələrdə hansısa enerji daşıyıcıcının, məsələn, təbii qazın qiymətinin Azərbaycandakı ilə mexaniki müqayisəsinin də tərəfdarı deyiləm.  Hər bir dövlətin özünün siyasəti var. Əgər qaz ehtiyatlarına görə dünyanın lider ölkəsi olan Rusiya kimi bir dövlətdə təbii qazın kubmetri 13 qəpikdirsə, bizim 20 qəpik onun yanında heç nədir. Yəni biz qaz istehsalına görə dünyada 22-ci yerdəyik. Türkmənistan isə qaz ehtiyatlarına görə birinci beşliyə daxildir, son məlumatlara görə, Rusiya, İran və Qətərdən sonra 4-cü yerdədir. Özbəkistan isə qaz ixracatına görə 3-cü yerdədir. Odur ki, belə müqayisə doğru deyil...”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri