Icma.az
close
up
RU
Maaş qədər işləmək tənbəllikdir?

Maaş qədər işləmək tənbəllikdir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İşçi vəzifə təlimatında yazılanı 100% edir, amma 101% etmək istəmir (əlavə can yandırmır). Rəhbərlər bunu "tənbəllik" adlandırır, işçilər isə "balans". Bu mövzu rəhbərləri çox qəzəbləndirir, işçiləri isə rahatladır.
Bəs maaş qədər işləmək tənbəllikdir?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov bildirib ki, “Maaş qədər işləmək tənbəllikdirmi?” sualına emosional deyil, təşkilati davranış və motivasiya elmi prizmasından yanaşdıqda cavabın daha balanslı olduğu görünür.
"İşçinin vəzifə təlimatında göstərilən öhdəlikləri tam yerinə yetirməsi, KPI-ları icra etməsi və iş vaxtı rejiminə əməl etməsi formal baxımdan əmək müqaviləsinin şərtlərinə uyğundur. Bu çərçivədə yalnız “tələb olunanı etmək” davranışı avtomatik olaraq tənbəllik kimi qiymətləndirilə bilməz. Lakin elmi tədqiqatlar göstərir ki, məsələ performansın həcmi qədər, işçi ilə təşkilat arasındakı psixoloji münasibətin keyfiyyəti ilə də bağlıdır. Təşkilatlar çox zaman yazılı vəzifə öhdəliklərindən kənar, könüllü və əlavə dəyər yaradan davranışlara ehtiyac duyurlar. Bu davranışlar elmi ədəbiyyatda “Organizational Citizenship Behavior” anlayışı ilə ifadə olunur və komandadaxili əməkdaşlıq, təşəbbüskarlıq, eləcə də məsuliyyətin paylaşılması ilə əlaqələndirilir (Organ, 1988). Araşdırmalar göstərir ki, bu tip davranışların yüksək olduğu kollektivlər daha dayanıqlı, innovativ və məhsuldar olur. Lakin mühüm məqam ondan ibarətdir ki, bu davranışlar yalnız könüllü olduqda dəyər kəsb edir; normaya və ya məcburi gözləntiyə çevrildikdə isə motivasiyanı zəiflədir. Digər tərəfdən, işçilərin yalnız minimum çərçivədə işləməsi əksər hallarda fərdi xüsusiyyətlərlə deyil, pozulmuş psixoloji müqavilə ilə bağlı olur. Psixoloji müqavilə işçinin təşkilatdan gözlədiyi ədalət, inkişaf imkanları, hörmət və mənalılıq kimi qeyri-rəsmi gözləntiləri əhatə edir (Rousseau, 1995). İşçi hiss etdikdə ki, təşkilat ondan “101 faiz” səy tələb edir, lakin qarşılığında eyni səviyyədə dəyər və imkan təqdim etmir, davranışını şüurlu və ya qeyri-şüurlu şəkildə “müqavilədə yazılan minimuma” endirə bilər. Bu isə çox vaxt passiv müqavimət formasıdır, tənbəllik deyil".

A.Səmədovun sözlərinə görə, motivasiya nəzəriyyələri də bu yanaşmanı təsdiqləyir:
"Özünü Müəyyənləşdirmə Nəzəriyyəsinə görə, insanlar yalnız o halda əlavə səy göstərməyə meyilli olurlar ki, onların muxtariyyət, bacarıq hissi və aidiyyət ehtiyacları təmin edilsin (Deci & Ryan, 2000). Eyni zamanda, təşkilatda ədalət qavrayışı zəif olduqda işçilərin həm performansı, həm də təşkilata əlavə töhfə vermək istəyi azalır (Colquitt et al., 2001). Bu baxımdan problem çox vaxt “işçi niyə artıq etmir?” sualında deyil, “təşkilat niyə artıq səy göstərməyə dəyər bir mühit yaratmır?” sualındadır. Bununla yanaşı, yalnız minimum səviyyə ilə kifayətlənmək uzunmüddətli perspektivdə işçinin özü üçün də risklər yarada bilər. Karyera inkişafı əksər hallarda formal vəzifə öhdəliklərindən kənarda görünən təşəbbüskarlıq, etibarlılıq və əlavə məsuliyyət götürmək bacarığı ilə bağlı olur. Bu səbəbdən balanslı yanaşma sağlam hesab edilsə də, tam disengagement həm təşkilat, həm də fərd üçün məhdudlaşdırıcı nəticələr doğura bilər. Nəticə etibarilə, “maaş qədər işləmək” anlayışı tənbəllik kimi qiymətləndirilməməlidir. Lakin bu davranış çox vaxt işçinin motivasiya, ədalət və dəyər görmə ilə bağlı verdiyi siqnaldır. Bu siqnalı etiketləmədən, analitik və sistemli şəkildə oxuya bilmək isə müasir liderliyin və insan resurslarının yanaşmasının əsas göstəricilərindən biridir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri