Icma.az
close
up
RU
Maaş və pensiyalarla bağlı MÜJDƏ Büdcədən vəsait ayrıldı

Maaş və pensiyalarla bağlı MÜJDƏ Büdcədən vəsait ayrıldı

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırkı reallıqlar göstərir ki, Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsini, ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsini həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı təzyiq və riyakarlıqlar davam etməkdədir.

Bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarına yeni nəfəs vermək cəhdləri açıq-aydın görünür.

Ona görə Ermənistanın öz havadarlarının təhriki ilə son vaxtlar geniş vüsət alan genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən əlavə cavab tədbirlərinin görülməsi üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılacağı gözlənilən idi.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.

O qeyd edib ki, II Qarabağ müharibəsindəki qələbəmizin nəticələrini qoruyub saxlamaq başlıca vəzifədir:

“Eyni zamanda ölkəmizin inkişafı, xalqımızın bundan sonra da təhlükəsiz həyatını təmin etməkdən ötrü zəruri addımların atılması labüddür. Məhz bu kontekstdə hərbi gücümüzün artırılması və təhlükəsizlik məsələsi prioritet məsələlər sırasında olacaq: “Sözsüz ki, 2025-ci il dövlət büdcəsinin layihəsində sosial sahədə artımların olması da gözlənilir. Artıq gələn ilin dövlət büdcəsi zərfi Milli Məclisə göndərilib. 2025-ci il dövlət büdcəsi zərfinin Milli Məclisə daxil olan variantı əsasında sosial sahədə artırımların necə olacağını proqnozlaşdırmaq mümkündür. Artımların konkret əhatə dairəsini detallaşdırılmış şəkildə büdcə sənədlərini təhlil etdikdən sonra söyləmək doğru olar”.

Millət vəkili Maliyyə Nazirliyi tərəfindən 2025-ci il dövlət büdcəsi layihəsinin ilkin variantının açıqlandığını bildirib:

“Gələn ilin dövlət büdcəsində sosial müdafiə və təminat üzrə xərclər üçün 4 milyard 998 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Yeni variantda isə sosial müdafiə və təminat xərcləri 4 milyard 812 milyon manat göstərilib”.

Əli Məsimli hələlik minimum əməkhaqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün olmadığını söyləyib:

“Amma sözügedən ümumi rəqəmlərdən çıxış edərək demək olar ki, həmin miqdarda vəsait minimum əməkhaqqı, pensiya, müavinətlər sahəsində böyük artımlar həyata keçirmək üçün yetərli deyil və məbləğ artırılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Noyabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri