Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Maaşla dolananlara qurban düşür? Bayramda kimlər kəsməlidir

Maaşla dolananlara qurban düşür? Bayramda kimlər kəsməlidir

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Qurban ibadəti İslamda yalnız dini ritual deyil, həm də maddi imkan və sosial məsuliyyət məsələsi kimi qiymətləndirilir. Hər il Qurban bayramı yaxınlaşdıqca “Kimlər qurban kəsməlidir, kimlər üçün vacib deyil?” sualı daha çox müzakirə olunur. Bu səbəbdən qurban məsələsində insanın real maddi vəziyyəti və ailə şəraiti əsas meyarlardan biri hesab olunur.
Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, qurban ibadəti İslama görə sadəcə heyvan kəsməkdən ibarət deyil:
"Bu ibadət insanın Allah qarşısında məsuliyyət hissini, paylaşma əxlaqını, nemətə şükür etməsini və maddi imkana sahib şəxsin cəmiyyət qarşısında vicdani borcunu ifadə edir. Qurani Kərimdə buyurulur ki, “Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır” Həcc surəsi 22 surə 37 ayə. Bu ayə göstərir ki, qurbanın mahiyyəti görüntü və forma deyil, niyyət, ixlas və mənəvi məsuliyyətdir.
İslam alimləri qurban hökmünü izah edərkən ilk növbədə insanın maddi vəziyyətini əsas götürüblər. Çünki İslam insanı gücü çatmayan məsuliyyətlə yükləmir. Quran buyurur ki, Allah heç kəsi gücünün çatmadığı işlə mükəlləf etməz (Bəqərə surəsi 2 surə 286 ayə). Buna görə də qurban yalnız imkanı olan şəxslərə aid ibadətlərdəndir. Borcu olan, maddi imkanı olmayan insan qurban kəsməyə bilər. Borca girərək qurban kəsmək doğru sayılmır. İnsan yalnız öz imkanından verməlidir, özünü süni şəkildə çətin vəziyyətə salmamalıdır.
Hənəfi məzhəbinə görə ağlı başında olan, həddi büluğa çatmış, səfərdə olmayan və nisab miqdarında maddi imkanı olan müsəlmana qurban vacib sayılır. Bu hökmün əsas dəlillərindən biri Məhəmməd peyğəmbərin s.ə.s bu hədisidir: “İmkanı olduğu halda qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın” (İbn Macə, Ədahi 2). Hənəfi alimləri bu hədisdəki sərt xəbərdarlığı əsas götürərək qurbanı vacib hökmündə qiymətləndiriblər. İmam Əbu Hənifə qurban ibadətini imkanlı müsəlman üçün ciddi məsuliyyət kimi izah edib".
O bildirib ki, Şafii, Maliki və Hənbəli məzhəblərində isə qurban vacib deyil, güclü sünnə sayılır:
"Yəni maddi imkanı olan şəxsin qurban kəsməsi tövsiyə edilir, lakin tərk edən günahkar sayılmır. İmam Nəvəvi Əl Məcmu əsərində qeyd edir ki, qurban İslamın mühüm şüarlarından biridir və imkanı olan şəxsin onu səbəbsiz tərk etməsi bəyənilmir. İmam Malik də Muvatta əsərində qurbanın sosial həmrəyliyi gücləndirən ibadət olduğunu vurğulayır.
Aylıq maaşı ilə ailəsini dolandırmaqda çətinlik çəkən, borcları olan və gündəlik ehtiyaclarını güclə qarşılayan insanlar üçün qurban vacib deyil. Ağır maddi vəziyyətdə olan, borc yükü altında yaşayan, əsas ehtiyaclarını ödəyə bilməyən şəxslər bu ibadətlə mükəlləf sayılmır. İslam insanı sosial təzyiq və nümayiş xatirinə ibadətə məcbur etmir. Təəssüf ki, bəzən insanlar cəmiyyət nə deyər düşüncəsi ilə borc alaraq qurban kəsirlər. Halbuki din bunu tələb etmir. Allah insanın səmimiyyətinə baxır, özünü süni şəkildə çətinliyə salmasına deyil".
İlahiyyatçının sözlərinə görə, mühüm anlayışlardan biri nisabdır:
"Nisab zəkatda olduğu kimi müəyyən maddi imkan həddidir. Hənəfi fiqhinə görə əsas ehtiyaclardan artıq təxminən 85 qram qızıl və ya onun dəyəri qədər imkanı olan şəxs varlı sayılır. Lakin bu məsələ yalnız rəqəmlə ölçülməməlidir. İnsanların real həyat şəraiti, borcları, ailə yükü və sosial vəziyyəti də nəzərə alınmalıdır. İbn Abidin yazırdı ki, şəri hökmlərin tətbiqində insanın real vəziyyəti əsas götürülməlidir. Din yalnız rəqəmlərlə deyil, hikmətlə anlaşılır.
Qurbanın əsas hikmətlərindən biri insanın eqoizmdən uzaqlaşmasıdır. Quranda Hz İbrahimdən bəhs edilərkən onun Allaha təslimiyyət ruhu ön plana çəkilir. Saffat surəsi 37 surə 102 107 ayələrində bu hadisə sadəcə qurban hekayəsi deyil, insanın imtahanı kimi təqdim olunur. Alimlər bildiriblər ki, qurbanın mahiyyətində heyvanın qanı deyil, insanın içindəki xəsislik və eqoizmin tərbiyəsi dayanır.
Müasir dövrdə bəzi insanlar qurbanı yalnız ət paylama mərasimi kimi qəbul edirlər. Halbuki bu ibadət sosial baxımdan paylaşma və empati hissini gücləndirir. Araşdırmalar göstərir ki, başqalarına yardım etmək insanda mənəvi rahatlıq və xoşbəxtlik hissini artırır. Yəni qurban həm dini, həm də sosial və psixoloji baxımdan dəyərli bir ibadətdir. Bəzi tənqidi yanaşmalar belə bir sual verir ki, Allahın insanın kəsdiyi heyvana ehtiyacı varmı. Quran bu suala cavab verir ki, Allaha çatan yalnız sizin təqvanızdır Həcc surəsi 22 surə 37 ayə. Deməli məqsəd Allahın qana ehtiyacı deyil, insanın məsuliyyət, mərhəmət və şükür hissini canlı saxlamaqdır.
Alimlər xüsusilə qeyd ediblər ki, qurban ibadəti insanı borca salacaq və ailəsini çətinliyə qoyacaq şəkildə yerinə yetirilməməlidir. Ailəsində ehtiyac olan, borc yükü yaşayan insanlar üçün əsas prioritet gündəlik ehtiyacların təmin edilməsidir. İslamın məqsədi insanı çətinliklərlə yükləmək deyil, həyatını tarazlı qurmaqdır.
Ona görə də qurban ibadətinə yalnız kəsmək və ya kəsməmək kimi dar çərçivədən baxmaq doğru deyil. Bu ibadət həm mənəvi, həm sosial, həm də iqtisadi məsuliyyət daşıyır. Qurban imkanı olan üçün məsuliyyətdir, imkansız üçün isə yük deyil. Din insanın vicdanını oyatmaq üçündür, onu sıxmaq üçün deyil", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri