Icma.az
close
up
RU
Maaşlar nə zaman artacaq? Bir ay müddətində həyata keçirilir

Maaşlar nə zaman artacaq? Bir ay müddətində həyata keçirilir

Icma.az, Milli.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib.

Milli.Az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Milli.Az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının artması Vahid Tarif Cədvəli ilə əməkhaqqı ilə işləyən bütün işçilərin əməkhaqlarının artmasına təsir göstərəcək. 

"Bu həm də özəl sektorda çalışanların əməkhaqların da artmasına gətirib çıxaracaqdır. Çünki, ölkədə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsi qadağan oldunduğundan bu artıma mütənasib şəkildə özəl sektordada əməkhaqlarda  artımlar olacaqdır".

Deputat qeyd edib ki, ümumiyyətlə minimum əməkhaqqının artması 700 mindən çox işləyənin əməkhaqqının artmasına gətirib çıxaracaqdır:

"Beləliklə minimum əməkhaqqının artması müvafiq qanuna görə hər ilə artırırılacaqdır. Bu həm də  əməkhaqlarının hər il artması deməkdir".

Milli Məclisin deputatı Vüqar Bayramov Milli.Az-a açıqlamasında bildirib ki, bu dəyişiklik minimum əməkhaqqındakı artımların mütəmadiliyini təmin edəcək və bu prosesin qanunla tənzimlənməsi anlamına gəlir.

Deputat qeyd edib ki, minimum əməkhaqqındakı artım təkcə az maaş alan vətəndaşlara deyil, həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan şəxslərin gəlirlərinə təsir edəcək:

"Hazırda Vahid Tarif Cədvəli üzrə ən aşağı maaş 400 manat, ən yüksək vəzifə maaşı isə 1150 manat təşkil edir. Söhbət dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşlardan gedir. Qərar qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən bir ay müddətində Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarının uyğunlaşdırılması həyata keçirilir. Bununla da, praktik olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşların da əməkhaqlarında artımlar qeydə alınır. O baxımdan minimum əməkhaqqının artırılması həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da əməhaqlarının artmasına imkan yaradacaq". 

V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artması həm də özəl sektorda maaş artımı deməkdir. İzah edib ki, qanunla müəyyən edilmiş minimum məbləğdən az əməkhaqqı ödənilməsi mümkün olmayacaq:

"Minimum əməkhaqqının artırılması bütövlükdə 700 mindən artıq vətəndaşı əhatə edəcək. Artıq dövlət başçısı tərəfindən Məcəlləyə edilən dəyişikliklər təsdiqlənib və növbəti dövrlərdə bu artımların praktik tətbiqi müşahidə olunacaq".

Qeyd edək ki, Əmək Məcəlləsində qeyd edilir ki, ölkədə minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Prezidentin minimum əmək haqqı ilə bağlı sərəncamlarında konstitusiyanın 109-cu maddəsinin (AR Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə istinad edilir. Həmin bənddə isə qeyd edilir ki, bu bənd Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Yəni, Azərbaycanda minimum əmək haqqının müəyyən edilməsi prosesində işə götürənlərin və işçilərin nümayəndələri və ya parlament müzakirələri rol oynamır, bu barədə icra hakimiyyəti orqanları müstəqil şəkildə qərar qəbul edir.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:385
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Fevral 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri