Icma.az
close
up
RU
Maaşlardan tutulan vergi artacaq, bu şəxslərin gəliri azalacaq DETALLAR

Maaşlardan tutulan vergi artacaq, bu şəxslərin gəliri azalacaq DETALLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“2026-cı il üzrə dövlət büdcəsinin ilkin parametrlərinin təhlili göstərir ki, fiziki şəxslərin gəlirləri üzrə vergi səviyyəsi 30 faizə qədər artıb. Bu, çox ciddi göstəricidir. Hələlik açıqlanan məlumatlar bu artımın dəqiq mənbələrini müəyyən etməyə imkan vermir. Ancaq ehtimallara əsaslansaq, əsas səbəbin muzdlu gəlirlər üzrə vergi güzəştlərinin müddətinin bitməsindən sonra yaranmış vəziyyətlə bağlı olduğunu söyləmək olar”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, əgər bu vergi güzəştinin müddəti 2026-cı ilin yanvarın 1-dən etibarən uzadılmasa, mövcud qanunvericiliyə görə muzdlu gəlirlərə belə vergi tətbiq olunacaq:
“2.500 manata qədər olan hissəyə 14 faiz, 2.500 manatdan yuxarı olan hissəyə isə 25 faiz. Hesablama metodologiyası isə belədir: muzdlu gəlirdən əvvəlcə 200 manat çıxılır, sonra qalan məbləğə uyğun faiz tətbiq edilir. Məsələn, minimum əmək haqqı 400 manat olan şəxs üçün 200 manat çıxıldıqdan sonra qalan 200 manata 14% vergi hesablanır, yəni 28 manat. 
Bundan əlavə, sosial qruplar üçün müxtəlif güzəştlər nəzərdə tutulub. Məsələn, məcburi köçkünlər və şəhid ailələri üçün vergidən azad olunan hissə 100 manat artırılır. Milli Qəhrəmanların gəlirlərindən 800 manat vergidən azad edilir. Əlilliyi olan şəxslərin muzdlu gəlirlərinin isə 400 manatı vergidən azaddır. Bu güzəştlərdən kənarda qalan şəxslərin əməkhaqlarından tutmalar həyata keçiriləcəkdir. Nəticə olaraq, tutmaların səviyyəsi vətəndaşın hansı sosial qrupa aid olmasından asılı olacaq. Orta hesabla 2.500 manata qədər olan əməkhaqqına tətbiq edilən vergi 14 faiz təşkil edir.
2.500 manatdan yuxarı gəlirlər üçün isə 25% tətbiq olunur. Bu halda hesablama belə aparılır: 2.500 manata görə 350 manat vergi tutulur, bundan yuxarı hər 100 manata isə əlavə 25 manat hesablanır. Məsələn, 3.000 manat əmək haqqı alan şəxs 350 manat + 125 manat = 475 manat vergi ödəyəcək”.
Ekspert bildirir ki, vergi güzəştlərinin bitməsi insanların gəlirlərinin azalmasına səbəb olacaq:

“Beləliklə, bu vergini muzdlu gəlir əldə edən şəxslər ödəyəcək, yəni əmək müqaviləsi ilə çalışan insanlar. Bu isə onların real gəlirlərinin azalmasına səbəb olacaq. Məsələn, 3.000 manat əmək haqqı alan şəxsin maaşı 475 manat azaldılacaq. Orta aylıq əmək haqqı təxminən 1.100 manat olan ölkədə isə, 200 manat çıxıldıqdan sonra qalan hissəyə görə 136 manat vergi tutulacaq.
Bundan əlavə, sosial sığorta, icbari tibbi sığorta, işsizlik fonduna və həmkarlar ittifaqlarına ödənişlər də maaşdan tutulacaq. Nəticədə, vətəndaşın real gəliri əhəmiyyətli dərəcədə azalacaq. Bu isə özəl sektorda çalışan insanlar üçün ciddi risklər yaradır. Qısa müddətdə bu vəziyyət əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə və yoxsulluğun artmasına səbəb olacaq. Orta və uzunmüddətli dövrdə isə əmək bazarında əməkhaqqının artımı tələbi yaranacaq. Nəticədə bu yükün bir hissəsi sahibkarların üzərinə ötürüləcək. Çünki əmək bazarında işçilər artıq daha yüksək maaş tələb edəcəklər.
Hər iki halda neqativ nəticələr qaçılmazdır. Birinci halda, işçilərin alıcılıq gücü azalır, əmək ucuzlaşır və yoxsullaşma artır. İkinci halda isə sahibkarların xərcləri yüksəlir, mənfəət norması azalır. Bu, bəzi hallarda müəssisələrin zərərlə işləməsinə, hətta bağlanmasına gətirib çıxara bilər. Sahibkar bazarda alternativi olmayan məhsul istehsal edirsə, xərcləri məhsulun satış qiymətinə yansıdacaq və qiymətlər bahalaşacaq.
Əks halda, yəni xərcləri qiymətə əlavə edə bilməyən sahibkarlar rəqabət şəraitində çətinlik çəkəcək, fəaliyyətlərini dayandıra, defoltla üzləşə və ya investisiya imkanlarını itirə bilərlər. Bu da texnologiya tətbiqini və inkişafı məhdudlaşdıracaq. Dolayısı ilə, qeyri-formal əmək bazarının genişlənməsi üçün əlverişli şərait yaranacaq.
Nəticə etibarilə, 7 il əvvəl verilən güzəştlər indi daha sərt şərtlərlə muzdlu işçilərin üzərinə qayıdır. Həmin dövrdə vergi yükü azaldılmış, amma Dövlət Sosial Sığorta Fondu üçün məcburi tutulmalar artırılmışdı. 2026-cı ildən isə həm vergi, həm də sosial sığorta ayırmaları 2018-ci illə müqayisədə xeyli yüksək olacaq. Bu da qeyri-rəsmi sövdələşmələrin genişlənməsinə, əmək bazarında leqallaşma təşəbbüslərinin zəifləməsinə səbəb ola bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri