Icma.az
close
up
RU
Macar ekspert: Azərbaycan əlaqələndirmə, birləşdirmə və inteqrasiya məsələlərində Türk dünyasının lideridirMÜSAHİBƏ

Macar ekspert: Azərbaycan əlaqələndirmə, birləşdirmə və inteqrasiya məsələlərində Türk dünyasının lideridirMÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Avrasiyanın dəyişən geosiyasi xəritəsi fonunda Türk Dövlətləri Təşkilatı (TDT) özünü getdikcə daha çox mədəni cəhətdən oxşar xalqları deyil, həm də qarşılıqlı iqtisadi fayda axtaran ölkələri birləşdirən potensial güc mərkəzi kimi təsdiq edir. Bu dialoqun qeyri-ənənəvi, lakin çox maraqlı iştirakçılarından biri də TDT-də müşahidəçi statusuna malik olan və Türk dünyası ilə şüurlu və çoxşaxəli əməkdaşlıq strategiyası quran Macarıstandır.

İqtisadi və beynəlxalq inkişaf üzrə macar ekspert, Macarıstanın “Mandiner” jurnalının redaktor müavini Matyaş Kohan AZƏRTAC-a eksklüziv müsahibəsində Budapeştin motivləri, iqtisadi maraqları, türk ölkələri ilə tarixi və mədəni əlaqələri, eləcə də Azərbaycanın regional inteqrasiyada rolu və Qəbələ Zirvə Görüşünün əhəmiyyətindən danışır.

- Cənab Kohan, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik yeganə Avropa ölkəsidir. Budapeştin türk dövlətləri ilə münasibətləri gücləndirmək üçün strateji əsası nədən ibarətdir?

- Macarıstan hələ 2014-cü ildə Avropa İttifaqının qalan hissəsinin indilərdə dərk etdiyini anladı: türk ölkələri siyasi sistemlərinin Avropadan fərqli olmasına baxmayaraq, sürətli iqtisadi inkişaf üçün yüksək potensiala malik yaxşı idarə olunan dövlətlərdir. Buna görə də Budapeşt üçün Macarıstan malları və texnologiyaları ilə onların bazarlarında erkən mövqe yaratmaq, eləcə də türk ölkələrinin inkişaf etməkdə olan sənaye və kənd təsərrüfatı sektorlarına investisiya imkanlarından istifadə etmək çox vacibdir.

Bundan başqa, Macarıstan davamlı aşağı enerji qiymətləri vasitəsilə öz iqtisadiyyatı üçün rəqabət üstünlüyü yaratmaq ideyasından vaz keçməyən yeganə Aİ ölkəsidir. Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə türk ölkələri ucuz enerji mənbələri və tranzit məntəqələri kimi əsas rol oynayır.

Macarıstan türk dövlətləri ilə əlaqələr qurmaqda digər Aİ ölkələrindən üstünlüyə də malikdir, çünki macarlar və türk xalqları qədim tarixdə və inkişaf etmiş türkşünaslıq ənənələrində oxşar cəhətləri bölüşürlər. Ölkəmiz Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda daxil olmaqla, həm də strateji maraqlarını bu mədəni və tarixi üstünlüyü ilə əlaqələndirib.

- Avrasiya məkanında yeni güc mərkəzlərinin yaranması kontekstində TDT-nin potensialını necə qiymətləndirirsiniz? Təşkilat nüfuzlu beynəlxalq aktora çevrilə bilərmi?

- Avropa İttifaqının nümunəsi göstərir ki, uğurlu inteqrasiya yalnız maraqların təbii yaxınlaşması ilə mümkündür. Əgər bu yaxınlaşma mövcud olarsa, inteqrasiya dünyanın digər hissələrinin ancaq xəyal edə biləcəyi həyat səviyyəsini təmin edə bilər: bu gün Avropa ölkələrində qarşılıqlı hesablaşmalar üçün valyuta mübadiləsinə praktiki olaraq ehtiyac yoxdur, SEPA zonası daxilində pul köçürmələri ödənişsiz və ani sürətlə həyata keçirilir, rouminq komissiyaları və ya de-fakto sərhədlər yoxdur və bir ölkənin vətəndaşları özlərini demək olar ki, bütün digər 26 dövlətin vətəndaşları kimi hiss edirlər.

Üstəlik, Aİ-nin həqiqi mənafelər birliyi yarada bildiyi sahələrdə onun öz mövqeyini müdafiə etmək qabiliyyəti əhəmiyyətli dərəcədə artır. Türk dünyası daxilində mədəni oxşarlıqlar daha sıx inteqrasiya üçün gözəl zəmin yaradır və Türk Dövlətləri Təşkilatı son illər bu istiqamətdə səylərini xeyli artırıb. Bu maraqların yaxınlaşmasının dəqiq sahələri üzv dövlətlərin özləri tərəfindən müəyyən edilir. Əgər onlar birlikdə hərəkət etsələr və bu dövlətlərin birləşmiş siyasi, hərbi, geostrateji və iqtisadi çəkisini nəzərə alsaq, türk ölkələri çoxqütblü dünyanın əsas hissələrindən birinə çevrilə bilər.

- Macarıstanın TDT ilə əməkdaşlığın dərinləşdirilməsində iqtisadi marağı nədən ibarətdir? Ticarət, investisiya və infrastruktur sahələrində artıq konkret nəticələr varmı?

- Əksər türk ölkələrinin hökumət quruluşu elədir ki, siyasət iqtisadiyyata ciddi təsir göstərir. Ona görə də iqtisadi nəticələr əldə etməyin ən təbii yolu bu dövlətlərin siyasi rəhbərliyi ilə etibarlı münasibətlər qurmaqdır. Macarıstanın Türk Dövlətləri Təşkilatında olması bunun üçün əla vasitədir.

Nəticələr, xüsusən də enerji sektorunda uğurlar artıq göz qabağındadır: Macarıstan türk dövlətləri ilə enerji təchizatı sahəsində etibarlı tərəfdaşlıq əlaqələri qurub. Bu, strateji sahədir və yüksək etimad tələb edir. Türkiyə Macarıstan qazı üçün əsas tranzit ölkədir və Azərbaycanın qaz təchizatı mənbəyi kimi əhəmiyyəti durmadan artır. Qismən dövlətə məxsus olan Macarıstanın MOL neft şirkəti Azərbaycan və Qazaxıstana qarşılıqlı faydalı sərmayələr yatırıb ki, bu da ölkələr arasında siyasi etimad sayəsində mümkün olub.

Daha az nəzərə çarpan, ancaq heç də az əhəmiyyət kəsb etməyən məqam Macarıstan şirkətlərinin Azərbaycana və Mərkəzi Asiya ölkələrinə kapital ixracına başlamasıdır ki, bu da iqtisadiyyatımıza xeyir verir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də artır.

- Sizcə, TDT daxilində ən azı ortamüddətli perspektivdə Aİ kimi ümumi iqtisadi məkan yaratmaq potensialı varmı?

- Şübhəsiz ki, potensial mövcuddur. Üstəlik, Türkiyə istisna olmaqla, digər türk dövlətləri artıq XX əsrin böyük bir hissəsində ortaq iqtisadi məkanda mövcud olub. Bu ideyanın reallaşması üzv dövlətlərin siyasi iradəsindən asılıdır.

- Bir təşkilat olaraq, bu gün TDT-nin qarşısında duran əsas çağırışları nədə görürsünüz? Bəs onu institusional cəhətdən gücləndirmək üçün hansı addımlar atmaq lazımdır?

- Fikrimcə, türk ölkələri üçün əsas problemlər regional əlaqə, təhlükəsizlik, su ehtiyatlarının idarə edilməsi, eləcə də qlobal güclərlə münasibətlərdə vahid və səmərəli mövqenin inkişaf etdirilməsi zərurəti ilə bağlıdır.

Təşkilatın institusional strukturunu gücləndirmək üçün bir daha Avropa İttifaqından misal çəkmək olar: TDT-nin strukturunda hazırda Avropa Komissiyasının analoqu olan - liderlərin siyasi qərarlarına əsaslanaraq, daha sıx əməkdaşlıq üçün müəyyən edilmiş sahələrdə xüsusi ekspert və əlaqələndirmə işləri aparacaq, siyasi qərarları konkret fəaliyyət planlarına çevirəcək və üzv dövlətlərdə onların icrasına nəzarət edəcək orqan yoxdur.

Aİ-nin son illərdəki təcrübəsi göstərir ki, belə bir quruma həddindən artıq səlahiyyətlərin verilməsi əks effekt verir, lakin onun mövcudluğu daha dərin inteqrasiya üçün zəruri şərtdir. İstanbulda yerləşən TDT Katibliyi məhz bu istiqamətdə inkişaf etdirilə bilərdi.

- Macarıstanın TDT layihələrində daha fəal iştirak perspektivlərini necə qiymətləndirirsiniz? Gələcəkdə onun iştirak formatını müşahidəçidən assosiativ üzvə qədər genişləndirmək mümkündürmü?

Macarıstanın tam üzvlük məsələsi nəzərdən keçirilmir, çünki onun digər türk dövlətlərindən coğrafi uzaqlığı, eləcə də Aİ və NATO strukturlarına dərin inteqrasiyası türk dövlətləri ilə eyni üzvi maraq birliyinə nail olmağa imkan vermir. Mədəni və dini fərqlər də qalmaqdadır: Macarıstan müsəlman ölkəsi deyil və bir sıra məsələlərdə onun mövqeləri TDT-nin bəzi üzv dövlətlərinin yanaşmalarından fərqlənə bilər. Buna baxmayaraq, Macarıstan aydın şəkildə iqtisadi, elmi və mədəni əməkdaşlıqda maraqlıdır. Bu kontekstdə Macarıstanın xüsusi şəraitinə uyğunlaşdırılmış assosiativ üzvlük yaxşı həll yolu ola bilər.

- Sizcə, Qəbələ Zirvə Görüşünün uzunmüddətli perspektivdə nəticəsi ilə bağlı əsas gözləntilər nədən ibarətdir?

- Bəyanatlara əsasən, Azərbaycan bu tədbirdə diqqət mərkəzində idi. Bu, təkcə Qırğızıstandan sədrliyi qəbul etdiyinə görə deyil, eyni zamanda, ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Birgə Bəyannamənin imzalanmasından sonra onun təhlükəsizlik vəziyyətinin kökündən dəyişməsi ilə bağlıdır. Bundan əlavə, mən son illərdə güclü təkan almış türk iqtisadi əməkdaşlığının ən dinamik inkişaf edən sahəsi olan logistika sahəsində mühüm irəliləyiş gözləyirəm.

- Təşkilata sədrlik edən ölkə kimi Azərbaycanın rolunu necə qiymətləndirərdiniz? Sizcə, onun xarici siyasətinin hansı aspektləri türk inteqrasiyasının güclənməsinə töhfə verir?

- Azərbaycan əsl körpü ölkədir: onun şərqində Xəzər dənizi və Mərkəzi Asiya, qərbində Avro-Atlantik təhlükəsizlik və iqtisadi məkanın başlanğıcını qeyd edən Türkiyə yerləşir, həmçinin şimaldan cənuba doğru coğrafi, iqtisadi və mədəni baxımdan Rusiyanı İranla birləşdirir.

Bütün bu sahələrdə Azərbaycanın xarici əlaqələri güclü və sabitdir. Onun Türkiyə ilə qardaşlıq münasibətləri var, Aİ və NATO dövlətləri Azərbaycanla əməkdaşlığın faydalarını getdikcə daha çox dərk edirlər və bu təşkilatların bəzi əsas üzvləri başa düşürlər ki, Bakıya qarşı antaqonist siyasət əks nəticə verir. Azərbaycan Rusiya ilə sülhü və tarazlığı qoruyub saxlaya bilir, hətta insidentlər zamanı - məsələn, AZAL-ın təyyarəsi ilə bağlı hadisədən sonra da ləyaqətini qoruyur.

İranda yaşayan etnik azərbaycanlıların əhəmiyyətli sayı - ölkə əhalisinin təxminən dörddəbiri də daxili siyasət baxımından mühüm rol oynayır.

Enerji tranziti nöqteyi-nəzərindən Azərbaycan Rusiya, İran və Avropa üçün açar dövlətdir. Türk ölkələri arasında əlaqəni, təmas nöqtələrinin yaradılmasını, inteqrasiyanı həqiqətən dərk edən də məhz Azərbaycandır. Onun bu məsələlərdə toplanmış təcrübəsi bütün türk regionunda əməkdaşlıq üçün ciddi resursdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see170

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see165

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see157

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see155

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see151

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see147

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see144

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see144

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see136

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see129

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see129

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see129

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see123

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see121

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see120

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see119

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri