Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Macar ekspert: Zəngəzur dəhlizi milli maraqlar çərçivəsindən çıxaraq bütün türk birliyi üçün prioritetə çevrilir MÜSAHİBƏ

Macar ekspert: Zəngəzur dəhlizi milli maraqlar çərçivəsindən çıxaraq bütün türk birliyi üçün prioritetə çevrilir MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 26 may, Tamilla Məmmədova, AZƏRTAC

Sürətlə dəyişən geosiyasi reallıq fonunda Mərkəzi Avropa və Avrasiya ölkələri yeni əməkdaşlıq formatları axtarışını daha da intensivləşdirirlər. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) siyasi, iqtisadi və mədəni qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün bir platforma kimi oynadığı rol xüsusi diqqət çəkir.

AZƏRTAC-a müsahibəsi zamanı macar iqtisadçı-ekspert, Macarıstan Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor Laşlo Vaşa Budapeştin türk birliyi perspektivlərinə, enerji əməkdaşlığına, Orta Dəhlizin geoiqtisadi əhəmiyyətinə dair baxışlarını bölüşür və Azərbaycanın Şərqlə Qərbi birləşdirən körpü kimi unikal rolunu xüsusi vurğulayır.

- Cənab Vaşa, son illərdə Macarıstan ilə Azərbaycan arasında münasibətlərin əhəmiyyətli dərəcədə fəallaşdığını müşahidə edirik. Sizcə, bu strateji dostluğun əsasını nə təşkil edir?

- Münasibətlərimizin əsasında qarşılıqlı etimad dayanır – zamanın sınağından çıxmış möhkəm və davamlı bir təməl. Macarıstan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkələrdən biri olub. O vaxtdan bəri biz daim Azərbaycanın ərazi bütövlüyünü bütün beynəlxalq platformalarda dəstəkləmişik və Aİ-nin Bakı əleyhinə sanksiyalar tətbiq etməsi cəhdlərinin qarşısını ardıcıl şəkildə almışıq. Biz yüksək qiymətləndiririk ki, Azərbaycan qeyri-sabit bir regionda sabit dayaqlardan biri olaraq qalır və Cənubi Qafqazda təhlükəsizlik, enerji sabitliyinin təmin olunmasında əsas rol oynayır. Lakin, bəlkə də, əməkdaşlığımızın ən mühüm hərəkətverici qüvvəsi səmimi və isti dostluq münasibətləridir – həm dövlət rəhbərləri arasında, həm də macar və azərbaycan xalqları arasında. Biz bu dostluğu hər il daha da dərinləşdirməyə çalışırıq.

- Budapeştin getdikcə daha çox diqqətini Şərqə — Mərkəzi Asiya və Qafqaz ölkələrinə yönəltdiyini demək olarmı? Bu xarici siyasət dönüşündə Azərbaycanın rolu nədir?

- Şübhəsiz ki, Macarıstan hökuməti Şərqdə yeni tərəfdaşlıqlar axtarmaqda olduqca fəaldır. Artıq on ildən çoxdur ki, biz “Şərqə Açılış” adlı xarici siyasət doktrinasını həyata keçiririk. Bu doktrina xarici iqtisadi və diplomatik əlaqələrin şaxələndirilməsi, Qərb tərəfdaşlarından asılılığın azaldılması məqsədilə qəbul olunub. Bu o demək deyil ki, biz Qərblə əlaqələrin azalmasını istəyirik — əksinə, biz Şərqlə daha çox tərəfdaşlıq istəyirik ki, imkanlarımızı böyüdək və maraqlarımız arasında balans yaradaq. Azərbaycan bu prosesdə açar, strateji rol oynayır. O təkcə etibarlı tərəfdaş deyil, eyni zamanda Şərq–Qərb marşrutu üzrə ən mühüm “qapılardan”, xüsusilə də Orta Dəhlizin artan əhəmiyyəti kontekstində ticarət qovşaqlarından biridir. Macarıstan Azərbaycanın dayanıqlı inkişafı və rifahında maraqlıdır, çünki bu, macar biznesi üçün yeni perspektivlər açır. Bakı macar şirkətləri üçün sabit və proqnozlaşdırıla bilən baza, həmçinin regionda iqtisadi mövcudluğun genişləndirilməsi üçün əla başlanğıc nöqtəsidir. Azərbaycan müasir infrastruktur, əlverişli normativ-hüquqi mühit və yüksək əməkdaşlıq hazırlığı təklif edir.

- Müasir beynəlxalq münasibətlər sistemində, xüsusilə artmaqda olan geosiyasi qeyri-sabitlik şəraitində, Türk Dövlətləri Təşkilatının (TDT) əhəmiyyətini necə qiymətləndirirsiniz?

- TDT-in beynəlxalq siyasətdəki əhəmiyyəti durmadan artır. Biz görürük ki, təşkilata üzv dövlətlər arasında əməkdaşlıq getdikcə daha da dərinləşir, inteqrasiya prosesləri isə daha dinamik və məzmunca zəngin olur. Qlobal qeyri-sabitlik şəraitində belə bir birliyin xüsusi dəyəri var. Gələcəkdə iqtisadi inteqrasiyanın daha da inkişafı, o cümlədən azad ticarət zonasının yaradılması, gömrük və tənzimləyici normaların uyğunlaşdırılması, habelə nəqliyyat-logistika, rəqəmsal bağlantılar, təhsil və humanitar proqramlar kimi “yumşaq” infrastrukturun təkmilləşdirilməsi tələb olunacaq. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Mövcud beynəlxalq şəraitdə “birlikdə güclüyük” şüarı təkcə simvolik deyil, həm də tamamilə praktik məna kəsb edir.

- Macarıstan Türk Dövlətləri Təşkilatının sammitlərində iştirakdan hansı praktik faydaları əldə edir? Bu platforma çərçivəsində irəli sürülmüş konkret layihələr, sazişlər, investisiyalar və ya enerji marşrutları varmı?

- Macarıstan TDT-də müşahidəçi statusuna malik olsa da, fəaliyyəti baxımından tamhüquqlu və fəal iştirakçı kimi çıxış edir. Bu isə bir sıra konkret təşəbbüs və layihələrdə öz əksini tapır. Məsələn, Budapeştdə TDT ilə sıx koordinasiyada fəaliyyət göstərən Quraqlığın Qarşısının Alınması və Su Ehtiyatlarının İdarə Olunması üzrə Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Macarıstan həmçinin Türk İnvestisiya Fondunun iştirakçısıdır və artıq təşkilat üzvü olan ölkələrdə investisiya layihələrinin həyata keçirilməsinə başlayıb.

Bundan əlavə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan daxil olmaqla, türkdilli dövlətlərlə ikitərəfli münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Biz enerji, ticarət, təhsil, kənd təsərrüfatı və infrastruktur kimi sahələrdə əməkdaşlıqdan real faydalar əldə edirik. TDT sammitlərində iştirak yalnız mövqelərin koordinasiyasına deyil, həm də qarşılıqlı fayda gətirən praktik təşəbbüslərin irəlilədilməsinə imkan verir.

- Azərbaycan TDT çərçivəsində enerji əməkdaşlığı mövzusunu fəal şəkildə irəli sürür. Sizcə, Macarıstanın da iştirakı ilə türkdilli ölkələr arasında ümumi enerji məkanının yaradılması nə dərəcədə realdır? Xəzərdən Mərkəzi Avropaya qədər transkontinental enerji dəhlizinin formalaşması mümkündürmü?

- Şübhəsiz ki, belə bir perspektiv mövcuddur və günbəgün daha real xarakter alır. Azərbaycan Orta Dəhlizdə strateji əhəmiyyətə malik mövqedə yerləşir və enerji kontekstində bu dəhlizin əsas halqasını təşkil edir. Bu da onun belə təşəbbüslərdə iştirakını sadəcə arzuolunan deyil, həm də zəruri edir. Artıq indi belə enerji resurslarının, xüsusilə təbii qazın ixracı və ticarəti üçün imkanlar genişlənir. Azərbaycan hasilatın və nəqliyyat infrastrukturunun genişləndirilməsinə fəal şəkildə investisiya yatırır və bu, təkcə tədarüklərin artırılmasına deyil, həm də ölkənin regional enerji qovşağı kimi funksiyalarının inkişafına yönəlib.

Bundan başqa, yaşıl enerji tədarükünə dair genişmiqyaslı təşəbbüsə də toxunmaq vacibdir. Söhbət Azərbaycanı Mərkəzi Avropa, o cümlədən Macarıstanla birləşdirəcək sualtı kabel layihəsindən gedir. Bu layihə unikaldır və olduqca perspektivlidir - o Xəzər regionundan Aİ-yə bərpaolunan elektrik enerjisinin ixracına yol açacaq. Layihənin əhəmiyyəti o qədər yüksəkdir ki, Qazaxıstan və Özbəkistan kimi ölkələr də iştirakda maraqlı olduqlarını ifadə edib, Xəzər dənizi vasitəsilə layihəyə qoşulma imkanlarını nəzərdən keçirirlər. Beləliklə, şərqdən qərbə vahid enerji məkanının formalaşması üçün real imkanlar yaranır.

- Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafına töhfəsini necə xarakterizə edərdiniz? Bakı bu qurum çərçivəsində hansı rolu oynayır?

- Azərbaycan, şübhəsiz ki, TDT-in inkişafında əsas hərəkətverici qüvvələrdən biridir. Rəsmi Bakı yeni layihələrin təşəbbüskarı qismində çıxış edir, üzv dövlətlər arasında inteqrasiyanın dərinləşməsini müdafiə edir və əməkdaşlığın iqtisadiyyatdan tutmuş humanitar siyasətə qədər müxtəlif sahələrdə məzmunlu şəkildə inkişafı üçün səylər göstərir. Azərbaycan ortaq türk mədəni və tarixi irsinin qorunması və təşviqində mühüm rol oynayır. Xüsusi əhəmiyyətə malik olan Qarabağ bu gün yalnız bərpa olunmuş ədalətin simvolu deyil, həm də türk qardaşlığının və həmrəyliyinin aydın şəkildə təzahür etdiyi bir məkandır.

Bundan əlavə, Azərbaycan mühüm birləşdirici funksiyanı yerinə yetirir. O türk dünyası ölkələrini fiziki və geostrateji baxımdan birləşdirən körpü rolunu oynayır. Məhz buna görə də Zəngəzur dəhlizi məsələsi milli maraqlar çərçivəsindən çıxaraq bütün türk birliyi üçün prioritetə çevrilir. Bu dəhlizin reallaşması regionda birlik, dayanıqlıq və iqtisadi artım üçün yeni imkanlar açacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri