Icma.az
close
up
RU
Zəngəzur dəhlizi XXI əsrin yoluna çevrilir

Zəngəzur dəhlizi XXI əsrin yoluna çevrilir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

(əvvəli qəzetin 18 dekabr sayında)

Hazırda beynəlxalq aləmin diqqət mərkəzində olan Zəngəzur dəhlizinin 35 illik fasilədən sonra yenidən açılması mövzusu təkcə Azərbaycan və ətraf dövlətlər üçün deyil, Avrasiyanın qərb və şərq ölkələri, bütövlükdə, dünya birliyi üçün siyasi-diplomatik önəm daşıyır.

Zəngəzur dəhlizinin açılmasında iqtisadi maraqlar daha çox üstünlük təşkil edir. Prezident İlham Əliyevin dediyi kimi, “Zəngəzur dəhlizi böyük ticarət yolu olacaqdır”. Bu dəhlizin XIX əsrin Süveyş, XX əsrin Panama kanalı kimi XXI əsrdə dünyanın nəqliyyat-logistika mərkəzinə çevriləcəyini nəzərə alaraq Azərbaycan torpağı olan Zəngəzurun tarixinə bir daha nəzər salaq.

Zəngəzur mahalı 7 rayondan ibarət olub, 4 rayonu – Meğri, Qafan, Gorus, Qarakilsə (Sisiyan) 100 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. 3 rayon – Zəngilan, Qubadlı, Laçın isə həmin rayonlarla birgə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalıb, 2020-ci ildə İkinci Qarabağ müharibəsində işğaldan azad olunub. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycanın təsdiq olunmuş 14 iqtisadi regiondan biri də Şərqi Zəngəzurdur. Bu regiona Qubadlı, Laçın, Zəngilan rayonları ilə birgə Kəlbəcər və Cəbrayıl rayonları da daxildir.

Qərbi Zəngəzurdan keçən dəmir yolu Ağbənd qəsəbəsi ilə sərhəd olan, tarixən qədim Azərbaycan torpağı olmuş Meğri (Mehri) rayonunun Nüvədi kəndinin Sığırt dağından başlayıb, 24 kilometr ərazidən keçib Ordubadın Salamməlik stansiyasına daxil olur. 1936-cı ildə Ələt – Mincivan, Mincivan – Qafan dəmir yolu istifadəyə verilib. Çəkilişi 1939-cu ildə başlayan Mincivan – Culfa dəmir yolu isə 1941-ci ildə fəaliyyətə başlayıb. Bakıdan Naxçıvana bu məsafə, təxminən, 632 kilometr olub, ən qısa yol hesab olunur.

Bu yol əvvəllər çəkilmiş Uluxanlı – Şərur – Culfa dəmir yoluna birləşdirilməklə həm şimaldan, həm də cənubdan hərəkət etməklə Bakı –Tbilisi – İrəvan çevrəsi yaradıb. Xatırladaq ki, 1943-cü ilin 28 noyabr – 1 dekabrında SSRİ, ABŞ, İngiltərə liderləri arasında Tehran şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün SSRİ-nin rəhbəri İ.Stalin məhz Bakı – Ələt – Mincivan – Mehri – Culfa yolu ilə Tehran şəhərinə getmişdi.

Dəhliz vasitəsilə qonşu dövlətlər Rusiya Yaxın Şərqə və Avropaya, Ermənistan Rusiya və İrana, o cümlədən Avropaya, İran isə bu marşrutla Avropaya, Rusiyaya çıxış əldə etmiş olacaq. Bu marşrutun əsas müəllifləri olan Azərbaycanla Türkiyə isə Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan dəhlizlərin səmərəliliyinin daha yüksək olmasına xüsusi qayğı göstərirlər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan Xəzər dənizi üzərindən keçən ortaq nəqliyyat dəhlizinin daha səmərəli istifadəsinin vacibliyini vurğulayıb və enerji təhlükəsizliyi, eləcə də texnoloji əməkdaşlıq istiqamətində birgə layihələrin genişləndirilməsinin önəmini qeyd edib.

Azərbaycan dövləti bu gün iqtisadi inkişafa, beynəlxalq əlaqələrə, sülh və sabitliyə nail olmağa daha böyük üstünlük verir. Bu, həm də regionda sabitliyin bərqərar olması, mülki naviqasiya azadlığı “BMT-nin ərzaq, ticarət yolları təhlükəsiz, davamlı və proqnozlaşdırıla bilən” tələblərinə cavab verir. Zəngəzur dəhlizinin açılması həm də üçüncü dəfə Şərqlə–Qərb arasında Azərbaycandan keçən bərpa olunmuş İpək yolunun – Orta Dəhlizin ikinci qolunun açılması deməkdir.

“Böyük İpək yolu” termini b.e.ə. məşhur Çin səyyahı Çian Syanın səfərindən sonra işlənməyə başlanıb. Eramızın II əsrindən fəaliyyətə başlayan bu yol XVI əsrə qədər Çindən başlayaraq Balkan yarımadasına qədər mövcud olub. Bu yolla hərəkət edən karvanların ən dəyərli məhsullarının ipək mallar olduğunu nəzərə alaraq, bu məşhur marşrutun adını 1870-ci ildə alman fotoqrafı Fon Rixtofen “İpək Yolu” qoyub.

Zəngəzur dəhlizi açılandan sonra ən çox qazanan dövlətlərdən biri məhz Ermənistan olacaq. Ermənistan öz ağlı ucundan 30 ildən artıq özünü saldığı blokada şəraitindən çıxacaq, Rusiyaya, Mərkəzi Asiya və Orta Şərq dövlətlərinə gediş-gəliş açılacaq. Azərbaycan və Türkiyə ilə siyasi, iqtisadi, sosioloji, mədəni, turizm və s. əlaqələri bərpa olunacaq. Bir sözlə, Ermənistan özünü saldığı blokadadan xilas edəcək, dünyada gedən inteqrasiya proseslərinin iştirakçısına çevriləcək.

Amma əfsuslar olsun ki, bunu erməni “başbilənləri” başa düşmür və ya düşmək də istəmirlər. Xalqının daxili xislətini yaxşı bilən öz sairləri Ovanes Tumanyanın yazdığı kimi: “həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik”. Qərbi Azərbaycan İcmasının bəyanatında isə bunun tam əksi vurğulanır: “Ermənistan tərəfinin bizə qarşı törətdiyi böyük müsibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər, qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıqdan keçir”.

Müstəqil Azərbaycanın memarı, ümummillil lider Heydər Əliyevin sözlərinə xalqımız həmişə əməl etməlidir: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”. Ulu öndər Heydər Əliyevin tövsiyə və vəsiyyətlərini qədirbilən Azərbaycan xalqı həmişə yad və əməl edirlər.

Ümummilli lider Heydər Əliyev demişdir: “XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Meğri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının oktyabrın 7-də Qəbələ şəhərində keçirilən 12-ci Zirvə görüşündəki çıxışında söyləyib: “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”. Bu tarixi həqiqətin reallaşmasına az qalıb.

Vaşinqtonda 9 avqust 2025-ci il tarixində imzalanan 2 mühüm sənəd – Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Anlaşması və Azərbaycan – Ermənistan arasında sülh sazişinin paraflanması Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin növbəti zəfəri kimi tarixə düşdü. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyan tarixi sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcı oldu.

Artıq çəkilməsi davam etdirilən Qars–Naxçıvan dəmir yolu xətti Zəngəzur dəhlizinin davamı kimi dəhlizin yükgötürmə qabiliyyətinin formalaşması üçün nəzərdə tutulmuşdur. Qars–İğdır–Aralıq–Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu xətti 224 km uzunluğunda və 5 stansiyadan ibarət, saatda 160 km sürət üçün nəzərdə tutulan lahiyə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometrlik 465 suötürücü, ümumilikdə, 5,5 kilometrlik 144 yeraltı keçid tikiləcək. Lahiyənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulmuşdur. Bu lahiyələr həm də Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişli olacaqdır.

Beləliklə, Zəngəzur dəhlizi XIX əsrin Süveyş, XX əsrin Panama kanalı kimi XXI əsrdə dünyanın ən mühüm nəqliyyat dəhlizinə çevrilir.

İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri