Macarıstan artıq LGBT yürüşlərinə icazə verməyəcək
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın baş naziri Viktor Orban ailənin dünyanın ən mühüm elementi olduğunu və uşaqların qorunması lazım olduğunu bildirərək, LGBT şəxslərin təşkil etdiyi "qürur yürüşləri" adlandırılan nümayişlərə artıq ölkəsində icazə verilməyəcəyini bildirib.
Onsuz da belə bir şeyin olmamalı olduğunu bildirən Orban, milli və beynəlxalq hadisələrlə bağlı Macarıstan dövlət radiosuna açıqlamalar verib.
Orban bu açıqlamaları verib:
Ailələrin bir yerdə qalmasına kömək etməliyik. Ona görə də biz təmin etməliyik ki, uşaq sahibi olanlar, olmayanlardan daha pis vəziyyətə düşməsinlər. Ailə məntiqi, tənzimləmələrimizi təşkil edə biləcəyimiz başqa bir prinsipdir.
Əvvəllər insanların gəlir səviyyələrinə görə yardım və dəstəyin edilib-edilməyəcəyinin nəzərdən keçirildiyini, indi uşaq sahibi olub-olmamasının da əlavə edilməsi lazım olduğunu ifadə edən Orban, " Uşaq sahibi olub-olmaması? Bunun vergi sistemində əks olunması lazımdır", - deyə qeyd edib.
Mövsüm
Aznews.az

