Icma.az
close
up
RU
Macarıstan Avropa İttifaqından tamamilə fərqli siyasət yürüdür, BCM dən cəza alması gözlənilmir

Macarıstan Avropa İttifaqından tamamilə fərqli siyasət yürüdür, BCM dən cəza alması gözlənilmir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas, "ICC-nin həbs qərarı verdiyi birini Avropada qonaq etmək xoş mənzərə deyil" deyib. ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Macarıstanın paytaxtı Budapeştdə zirvə görüşünün keçirilməsi ehtimalı Avropada böyük müzakirələrə səbəb olub. Əgər bu görüş baş tutsa, Putin həm sanksiyalar, həm də Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarı ilə üzləşən lider kimi Ukraynaya işğalın başlanmasından bəri ilk dəfə Avropa torpağına ayaq basacaq. Bazar ertəsi Lüksemburqda görüşən Avropa İttifaqının xarici işlər nazirləri Trampın diplomatik təşəbbüslərini dəstəkləmək və ICC-nin legitimliyini müdafiə etmək arasında incə balans yaratmağa çalışıblar. Macarıstan 2026-cı ildə BCM-dəki üzvlüyünü rəsmən dayandırsa da, məhkəmənin tərəfi olaraq qalır. Ölkə İsrailin baş naziri Binyamin Netanyahuya qarşı əvvəllər verilmiş həbs orderini də icra edə bilməyib.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarları bir qayda olaraq siyasi xarakter daşıyır: “Netanyahu Qəzzada daha çox qırğınlar və dağıntılar törətsə də, ilkin vaxtlarda Beynəlxalq Cinayət Məhkəməsi onun haqqında həbs qərarı verməmişdi. Halbuki,bu qərar daha öncə  verilməli idi. Sadəcə olaraq, Birləşmiş Ştatlarda ictimai rəy müharibənin davam etdirilməsi fonunda Baydenin əleyhinə idi və Netanyahu Baydenin hakimiyyətdən getməsi üçün müharibənin davam etdirilməsində maraqlı oldu. Nəticədə Baydenin seçkidə səs itirməsində rol oynadı. Məhz bundan sonra, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu haqqında həbs orderi verdi. Bu da onu göstərir ki, burada obyektiv yanaşmadan daha çox, siyasi proseslər ciddi rol oynayır. Hazırda Netanyahu ən yaxın müttəfiqi olan Britaniyaya belə səfər edə bilimir. Bu da İsrailin diplomatik manevr imkanlarını məhdudlaşdırır”.

Əli Zülfüqaroğlu

Əli Zülfüqaroğlunun fikrincə, böyük dövlətlərlə bağlı bu cür qərarın verilməsi onların beynəlxalq siyasi fəaliyyətinə köklü şəkildə təsir edə bilmir.

Siyasi şərhçi hesab edir ki, Macarıstan görüşünün baş tutma ehtimalı kifayət qədər yüksəkdir, amma Macarıstana hansısa cəza mexanizminin tətbiq olunacağı ehtimalı yoxdur: “Bir sıra ölkələr var ki, məsələn, Rusiya, İsrail, Türkiyə, Amerika Birləşmiş Ştatları Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. Macarıstan Avropa İttifaqından tamamilə fərqli siyasət yürüdür, daha çox Rusiya və Birləşmiş Ştatlarla yüksək səviyyəli əlaqələrini davam etdirməkdə maraqlı görünür. Təbii ki, Birləşmiş Ştatlarla Rusiya arasında da pərdəarxası müəyyən razılaşmalar var. Xüsusilə, Ukrayna məsələsi ilə bağlı Tramp Putinlə yüksək səviyyəli əlaqələrə malikdir və hər iki tərəf bir birinin maraqlarını nəzərə alır. Bu səbəbdən də Macarıstan sadəcə öz maraqları kontekstində çıxış edir və ona qarşı hansısa beynəlxalq cəza mexanizminin tətbiq olunma ehtimalı kifayət qədər aşağıdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri