Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

Pendirin beyinə faydası

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Macarıstan çempionu olan azərbaycanlı voleybolçu: Şükürlər olsun ki, illərlə çəkdiyim əziyyət boşa getməyib MÜSAHİBƏ

Macarıstan çempionu olan azərbaycanlı voleybolçu: Şükürlər olsun ki, illərlə çəkdiyim əziyyət boşa getməyib MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

- “Vaşaş” komandasının heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Hazırkı komandanızla beşinci dəfə Macarıstan çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Hər il olduğu kimi, bu il də qarşımıza qoyulan hədəflərə çatdıq. Ümumiyyətlə, mövsüm çox sıx qrafiklə davam etdi. Liqa ilə yanaşı, Macarıstan Kuboku, Çempionlar Liqası, CEV Kuboku, həmçinin MEVZA Superkuboku yarışlarında mübarizə apardıq. Gərgin və sıx qrafikə baxmayaraq, ən yaxşı şəkildə çıxış etməyə çalışdıq. Düşünürəm ki, buna da nail olduq. Macarıstan Kuboku ilə MEVZA Superkubokunda qızıl medal qazandıq, Çempionlar Liqasında pley-offa yüksəldik, daha sonra CEV Kubokunda 3-cü yeri tutduq. Macarıstan çempionatında isə final üç qələbəyədək davam edirdi. Biz də elə ilk üç oyunda qalib gələrək, seriyanın uzanmasına imkan vermədik və növbəti dəfə çempion olduq. Bu münasibətlə komandamı bir daha təbrik edirəm.

- Ölkə xaricində karyeranız kifayət qədər uğurlu alındı. Bunun səbəbini nədə görürsünüz?

- Harada olmağımdan asılı olmayaraq, çalışmışam ki, yüksək səviyyədə çıxış edim. Xaricdə olduğum bu illərdə özümü yaxşı tərəfdən göstərməklə yanaşı, ölkəmizi də layiqli təmsil etmək üçün əlimdən gələni etmişəm. Çox şadam ki, Avropada oynadığım hər mövsümdə uğurlu nəticələr əldə etmişəm. Çünki hər legioner idmançının adının yanında onun öz ölkəsinin bayrağı qeyd edilir. İstər komanda şəklində, istərsə də fərdi nailiyyətlərimi qazandığım zaman Azərbaycanın da adının çəkilməsinə səbəb olduğum üçün xoşbəxtəm. Bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyəm.

- Avropada bu qədər titul qazanacağınızı gözləyirdiniz?

- Dediyim kimi, mən hər zaman yaxşı səviyyədə oynamaq üçün çalışmışam. Əlbəttə, çempion olmaq, avrokuboklarda, beynəlxalq yarışlarda titul qazanmaq hər bir idmançının əsas məqsədidir. Mən də yaxşı oynamaqla bərabər, hər mövsüm Vətənə medalla qayıtmaq üçün əlimdən gələni etmişəm. Bilirsiniz ki, voleybol komanda idman növüdür. Bütün bu nəticələri mən tək yox, komanda yoldaşlarımın, məşqçilərimizin köməyi ilə qazanmışam.

- 2018-ci ildən karyeranızı ölkə xaricində davam etdirirsiniz. İndiyədək olan fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Bəli, uzun illərdir ölkə xaricində çıxış edirəm. Deyə bilərəm ki, karyeramda həm komanda, həm fərdi şəkildə ən çox titulu məhz Macarıstanda qazanmışam. Həmçinin avrokuboklarda ən çox oyunu da “Vaşaş”ın heyətində keçirmişəm. Şükürlər olsun ki, illərlə çəkdiyim əziyyət, zəhmət boşa getməyib. İstər liqada, istərsə də avrokuboklarda uğurla çıxış edirəm.

- Bu illər ərzində Azərbaycan üçün darıxdığınızı hiss etmisiniz? Məsələn, bəzi azərbaycanlı futbolçular ölkə xaricində bu qədər çox qala bilmirlər...

- Mövsüm kifayət qədər sıx qrafiklə keçdiyindən darıxmağa çox da vaxt olmur. Amma bununla belə, insan öz ailəsindən, ölkəsindən kənarda olanda darıxır. Ən çox ailəm, dostlarım və milli yeməklərimiz üçün darıxıram.

- Avropada uzun müddət oynayan voleybolçu kimi, azərbaycanlı qızlara legioner həyatı yaşamaq barədə nələri tövsiyə edərdiniz?

- Öz vətənində oynamaq həmişə rahatdır. Həm dil, həm də mentalitet barədə çətinlik olmur. Adamın ailəsi, dostları da yanında olur. Nə qədər yaxşı ölkədə oynasan da, sənə yaxşı davransalar da, yenə də orada əcnəbi sayılırsan və bütün yük sənin üstünə düşür. Bu, nə qədər çətin olsa da, həm də çox qürurlu haldır və ən əsası, bir voleybolçuya böyük təcrübə qazandırır. Fikrimcə, hamı karyerasında bir dəfə də olsa, bu təcrübəni yaşamalıdır. Legioner həyatı yaşamaq istəyən gənc oyunçularımıza deyə bilərəm ki, ilk növbədə yaxşı oynamağa, təcrübə yığmağa çalışsınlar.

- Daha neçə il ölkə xaricində oynamağı düşünürsünüz?

- Bilirsiniz ki, mövsüm yeni bitib. Hələ bu barədə qərar verməmişəm. Gələn təkliflərin hamısına baxıb, sonra dəyərləndirəcəyəm.

- Azərbaycan millisi bu il Avropa Qızıl Liqasında mübarizə aparacaq. Şansları necə qiymətləndirirsiniz?

- Artıq may ayının sonlarında ilk oyunlar olacaq. Hər zaman olduğu kimi yaxşı oynayıb, uğurlu nəticələr qazanmağa çalışacağıq. Növbəti mərhələlərə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Ölkə voleybolunun hazırkı durumu haqqında nə söyləyə bilərsiniz?

- Azərbaycan voleybolunun hazırkı vəziyyəti ilə bağlı deyə bilərəm ki, son illər bir sıra işlər həyata keçirilir və yaxın vaxtlarda bunların müsbət nəticəsini görəcəyimizə əminəm.

- Yüksək Liqanın oyunlarını izləyirsiniz? Ümumiyyətlə, sizin çıxış etdiyiniz dövrdən sonra liqamızda nələr dəyişib?

- İmkan tapdıqca, Azərbaycan çempionatını izləyirəm. Bir neçə il əvvəl çempionat zəif olsa da, son illərdə güclənib. İldən-ilə səviyyəli legioner oyunçuların sayı artır, matçların və çempionatın səviyyəsi yüksəlir. Bu isə məni çox sevindirir. İnanıram ki, Azərbaycan voleybolu, çempionatı əvvəlki nüfuzuna qayıdacaq və yenidən Avropanın ən güclü liqalarından biri olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see314

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see207

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see184

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see159

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see150

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see147

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see138

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see138

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see127

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see126

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see125

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see125

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see125

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see124

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see124

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see123

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see122

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri