Macarıstan federasiyası Məhəmməd Abdullayevin üstünlüklərini açıqladı
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstan Boks Federasiyası Azərbaycanın ağır çəkili boksçusu Məhəmməd Abdullayevə ayrıca material həsr edib.
İdman.Biz xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan yazıda təmsilçimizin sürəti və texniki hazırlığı önə çəkilib. Abdullayev super ağır çəki dərəcəsi üçün nəzərəçarpacaq dərəcədə sürətli və texnikalı boksçu kimi təqdim olunub.
Materialda onun döyüş üslubunun yalnız fiziki gücə əsaslanmadığı, müxtəlif texniki bacarıqları özündə birləşdirdiyi qeyd edilib. Abdullayevin əsas üstünlüklərindən biri kimi sürətlə məsafəni qorumağı uzlaşdırması göstərilib. Boksçumuzun ukraynalı Oleksandr Usikin hərəkətliliyini yüksək qiymətləndirdiyi də vurğulanıb.
Federasiya Abdullayevin dünya çempionatlarında üç bürünc medal qazandığını və iki dəfə Olimpiya Oyunlarında iştirak etdiyini xatırladıb. Onun bu il Avropa çempionatında da bürünc mükafata sahib olduğu bildirilib.
Məhəmməd Abdullayev noyabrın 14-də Budapeştdə keçiriləcək “Papp Cup”da Avropa komandasını təmsil edəcək. Avropa və Panamerika yığmalarının qarşılaşmasında onun rəqibi ABŞ boksçusu Gilbert Kabamba olacaq.
Konqo Demokratik Respublikasında doğulan Kabamba uşaqlığının yeddi ilini Uqandadakı qaçqın düşərgəsində keçirib, daha sonra ABŞ-yə köçüb. Əvvəlcə Amerika futbolu ilə məşğul olan idmançı sonradan boksa keçib. O, 2024-cü ildə “National Golden Gloves” turnirinin, 2026-cı ildə isə Panamerika çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Noyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















