Icma.az
close
up
RU
Macarıstan Rusiya Patriarxına qarşı sanksiya tətbiqinə mane olur

Macarıstan Rusiya Patriarxına qarşı sanksiya tətbiqinə mane olur

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Macarıstan Respublikası Rusiya Patriarxı Kirillin adının Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsini hələ də əngəlləyir.
Reyting.az
xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri yazıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, Macarıstan Bütün Rusiyanın Patriarxı Kirillin adının sanksiyalar siyahısına daxil edilməsinə həqiqətən mane olub.
"Ruhanilərə qarşı tətbiq olunan sərt sanksiyalar bizi sülhə, barışığa olan son ümidimizdən də məhrum edər", - deyən nazir ölkəsinin tutduğu mövqeyə bəraət qazandırıb.
XİN rəhbərinin sözlərinə görə, Budapeşt Rusiya Olimpiya Komitəsini və Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanı da sanksiyalar siyahısından çıxara bilib.
Avropa İttifaqının son 15-ci sanksiyalar paketinin qəbulu dekabrın 16-da rəsmən elan edilib. Yeni sanksiyalar siyahısına düşən rusiyalılara qarşı məhdudiyyətlər əsasən "Qazprom-Media" şirkətinin baş direktorunun müavini Tina Kandelaki və müğənni Larisa Dolina da daxil olmaqla 54 fiziki və 30 hüquqi şəxsə şamil edilib.
Xatırladaq ki, Rus Pravoslav Kilsəsinin rəhbərliyi və Patriarx Kirill dəfələrlə bəyanatlarında prezident Putinin siyasətinə haqq qazandırıb və Rusiya qoşunlarının Ukraynaya daxil olmasını faktiki olaraq dəstəkləyib.
Avropa İttifaqı ilk dəfə 2022-ci ildə Kirillə qarşı sanksiyalar tətbiq etmək istəsə də, Macarıstan yenə də bu addımı əngəlləyə bilmişdi.
Onu da qeyd edək ki, Moskvanın və Bütün Rusiyanın dini lideri Patriarx Kirill bir çox Avropa ölkələrinin milli sanksiyaları altındadır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri