Macarıstan: “Ukraynaya nə pul, nə də silah göndərməyəcəyik”
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, əgər Vaşinqton Avropa İttifaqına Ukraynaya Amerika silahlarının alınması ilə bağlı rəsmi təklif göndərərsə, Budapeşt bu prosesi maliyyələşdirməyəcək.
Doğru.az xəbər verir ki, nazir bu barədə TASS-a açıqlamasında danışıb:
“Vurğulamaq istərdim ki, Ukraynaya nə macar pulları, nə macar silahları, nə də macar əsgərləri göndərilməyəcək. Oraya heç nə göndərilməyəcək”, – deyə o qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın iyulun 14-də Ukraynaya silah tədarükü ilə bağlı yeni plan açıqlayacağı bildirilmişdi.
Hərbi ekspert Viktor Litovkin isə RT-yə müsahibəsində bu planın reallaşmasına skeptik yanaşdığını qeyd edib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 İyul 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















