Macarıstan XİN rəhbəri: Ukrayna məsələsinin həlli ancaq diplomatik yollarla mümkündür
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Moskva ilə Vaşinqton arasında dialoq olduğu müddətcə beynəlxalq təhlükəsizliyə heç bir təhlükə yoxdur, bunu Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında Alyaskanın Ankoric şəhərində keçirilən danışıqlar sübut edir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook" paylaşımında qeyd edib.
"Yüksək səviyyədə Rusiya-ABŞ dialoqu olduğu müddətcə dünya daha təhlükəsizdir, ona görə də sammitin təşkilinə görə hər iki prezidentə təşəkkürlər. Bu gün bu bir daha sübut olundu: Ukraynadakı münaqişənin həlli döyüş meydanında deyil, danışıqlar masası arxasındadır", - deyə o bildirib.
Siyartonun fikrincə, Ukrayna məsələsinin həlli, əlaqələrin saxlanılması şərti ilə, ancaq diplomatik yollarla mümkündür. O vurğulayıb ki, münaqişənin həllində maraqlı olmayan avropalı siyasətçilərdən fərqli olaraq, Budapeşt üç il yarımdır ki, bu fikirdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















