Icma.az
close
up
RU
Macarıstanın sülh təşəbbüsü: Brüssellə yeni gərginlik dalğası yarana bilər

Macarıstanın sülh təşəbbüsü: Brüssellə yeni gərginlik dalğası yarana bilər

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Birliyi liderləri Ukraynadakı münaqişənin həlli üçün Budapeştdə Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsində maraqlı deyillər.

Bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə Belarusun “Perviy İnformasiya” televiziya kanalına verdiyi müsahibədə bildirib.

O, Macarıstanın Ukrayna münaqişəsinə son qoymaq və qlobal təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan Rusiya-Amerika sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

“Lakin Avropa liderləri maraqlı deyil. Birincisi, danışıqlar Budapeştdə keçiriləcəyi üçün və siyasi baxımdan bu, onlar üçün çox xoşagəlməz olardı. Amma daha da əhəmiyyətlisi, onlar buna qarşı çıxırlar, çünki sülh sammiti sülhə ümid verir. Avropa liderləri də danışıqlar masasında olmadıqlarına görə məyusdurlar”, – deyə xarici işlər naziri izah edib.

Maraqlıdır, Macarıstanın bu təşəbbüsü Brüssellə münasibətlərə mənfi təsir göstərə bilərmi?

Bu addım Macarıstanın NATO daxilindəki mövqeyini zəiflədə və ya gücləndirə bilərmi?

Belə demək olarsa, əslində, Macarıstanın Rusiya-Amerika sülh sammitinə ev sahibliyi təklifi onun Avropa İttifaqı daxilindəki “fərqli kursunu” bir daha nümayiş etdirir.
Brüssel üçün əsas problem ondan ibarətdir ki, Macarıstanın bu təşəbbüsü AB-nin vahid mövqeyini zəiflədən addım kimi görünür.

Bu cür yanaşma Brüssel–Budapeşt xəttində yeni gərginlik dalğası yarada bilər. Yəni bu təşəbbüs Brüsselin gözündə “neytrallıq və sülh təşəbbüsü” kimi yox, daha çox Rusiya ilə yaxınlaşma cəhdi kimi görünə bilər.

NATO-nun üzvü kimi də Macarıstanın bu addımı müttəfiqlər arasında etimad sualı yarada bilər.
Digər tərəfdən, Macarıstanın bu təşəbbüsü qısa müddətdə Brüssel və NATO müttəfiqləri ilə münasibətləri çətinləşdirə bilər, amma uzunmüddətli perspektivdə Budapeşt “sülh vasitəçisi” kimi qəbul edilərsə, bu, ölkənin beynəlxalq nüfuzunu artıra da bilər. Hazırkı reallıqda AB və NATO-nun siyasi atmosferinə baxdıqda, bu addım riskli və gərginlik yaradan diplomatik manevr kimi qiymətləndirilir.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Oktyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri